QAZAX-TOVUZ İQTİSADİ RAYONUNDA MƏŞĞULLUĞUN ARTIRILMASI VƏ İŞSİZLİYİN ARADAN QALDIRILMASININ İQTİSADİ-COĞRAFİ İSTİQAMƏTLƏRİ
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 123
DOI: 10.64400/ea26-02-17 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Nərgiz MƏCİDOVA. Die Arbeit nennt 12 Literaturangaben.
Abstract (Originalsprache)
Məqalədə Azərbaycan Respublikasında regionlararası sosial-iqtisadi disproporsiyalar fonunda Qazax-Tovuz iqtisadi rayonunda işsizliyin azaldılmasının iqtisadi-coğrafi istiqamətləri araşdırılır. Tədqiqatın məqsədi regionun iqtisadi-coğrafi mövqeyi, tranzit funksiyası, aqrar potensialı və əmək ehtiyatları ilə məşğulluq səviyyəsi arasındakı qarşılıqlı əlaqəni elmi əsaslarla təhlil etməkdir. Araşdırmada rəsmi statistik məlumatların təhlili, müqayisəli və sistemli yanaşma metodlarından istifadə edilmişdir. Bununla yanaşı, regional inkişaf proqramları, dövlət strategiyaları və iqtisadi rayonlaşma ilə bağlı normativ sənədlər də tədqiqatın nəzəri-metodoloji bazasını təşkil edir. Təhlilin nəticələri göstərir ki, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, aqrosənaye klasterlərinin formalaşdırılması və logistika infrastrukturunun genişləndirilməsi Qazax-Tovuz iqtisadi rayonunda dayanıqlı məşğulluğun təmin edilməsində əsas iqtisadi-coğrafi amillər kimi çıxış edir. Eyni zamanda, regionun sərhəd mövqeyi, tranzit imkanları və kənd təsərrüfatı resursları iqtisadi fəaliyyətin şaxələndirilməsi üçün əlverişli şərait yaradır. Məqalədə həmçinin regionda mövcud olan struktur disbalanslar, əmək bazarının xüsusiyyətləri və məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilə biləcək tədbirlər təhlil edilir.Aparılan araşdırmalar göstərir ki, regional potensialın səmərəli istifadəsi, kiçik və orta sahibkarlığın inkişafı, aqrar emal sənayesinin genişləndirilməsi və nəqliyyat-logistika xidmətlərinin gücləndirilməsi Qazax-Tovuz iqtisadi rayonunda işsizliyin azaldılmasına və dayanıqlı regional inkişafın təmin edilməsinə mühüm töhfə verə bilər.
Zitieren
APA
MƏCİDOVA, N. (2026). QAZAX-TOVUZ İQTİSADİ RAYONUNDA MƏŞĞULLUĞUN ARTIRILMASI VƏ İŞSİZLİYİN ARADAN QALDIRILMASININ İQTİSADİ-COĞRAFİ İSTİQAMƏTLƏRİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 123. https://doi.org/10.64400/ea26-02-17
Vancouver
MƏCİDOVA N. QAZAX-TOVUZ İQTİSADİ RAYONUNDA MƏŞĞULLUĞUN ARTIRILMASI VƏ İŞSİZLİYİN ARADAN QALDIRILMASININ İQTİSADİ-COĞRAFİ İSTİQAMƏTLƏRİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:123. doi:10.64400/ea26-02-17
BibTeX
@article{MCDOVA2026,
author = {MƏCİDOVA, Nərgiz},
title = {QAZAX-TOVUZ İQTİSADİ RAYONUNDA MƏŞĞULLUĞUN ARTIRILMASI VƏ İŞSİZLİYİN ARADAN QALDIRILMASININ İQTİSADİ-COĞRAFİ İSTİQAMƏTLƏRİ},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {123},
doi = {10.64400/ea26-02-17}
}
EUVIMED