KREATİV-YARADICI TURİZMİN İQTİSADİ-COĞRAFİ EFFEKTİVLİYİNİN NƏZƏRİ PARADİQMASI
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 101
DOI: 10.64400/ea26-02-14 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Sayalı CƏLİLOVA. Die Arbeit nennt 10 Literaturangaben.
Abstract (Originalsprache)
Bu məqalədə kreativ-yaradıcı turizmin müasir turizm sistemində formalaşan alternativ inkişaf modeli kimi iqtisadi və coğrafi effektivliyi nəzəri müstəvidə təhlil olunur. Qloballaşma, mədəni homogenləşmə və kütləvi turizmin mənfi təsirləri fonunda kreativ turizm turistlərə ziyarət edilən məkanın mədəni, bədii və sosial mühitinə fəal şəkildə inteqrasiya olunmaq imkanı yaradan dayanıqlı yanaşma kimi ön plana çıxır. Bu turizm növü ənənəvi “istehlakçı–məkan” münasibətlərindən fərqli olaraq, turistləri birgə yaradıcılıq prosesinin iştirakçısına çevirir və “yaşayan mədəniyyət” anlayışını praktik səviyyədə reallaşdırır. Tədqiqatın nəticələri göstərir ki, kreativ turizm nisbətən az maliyyə sərmayəsi ilə innovativ və təcrübə əsaslı turizm məhsullarının formalaşdırılmasına imkan verir. Yerli sənətkarlıq, kulinariya, musiqi, folklor və yaradıcı ustad dərsləri kimi fəaliyyətlər vasitəsilə kiçik sahibkarlıq subyektləri üçün yeni gəlir mənbələri yaranır, yerli icmaların turizm prosesində fəal iştirakı təmin olunur və məşğulluq səviyyəsi yüksəlir. Bu isə turizmin iqtisadi səmərəliliyini yalnız gəlir artımı ilə deyil, sosial dəyər və inklüziv inkişaf prizmasından qiymətləndirməyə imkan verir. Coğrafi baxımdan kreativ turizm turizm fəaliyyətinin məkan üzrə balanslı yayılmasına töhfə verir. Ənənəvi turizm marşrutlarından kənarda qalan kənd və periferiya əraziləri özünəməxsus yaradıcılıq resursları hesabına turizm dövriyyəsinə cəlb olunur, regional inkişaf fərqlərinin azalmasına şərait yaranır. Eyni zamanda, kreativ turizm fəaliyyətlərinin mövsümdən nisbətən az asılı olması ilboyu turizm axınının formalaşmasına imkan yaradır. Nəticə etibarilə, kreativ-yaradıcı turizm iqtisadi, sosial və məkan aspektlərini birləşdirən, dayanıqlı regional inkişaf üçün yüksək potensiala malik müasir nəzəri paradiqma kimi qiymətləndirilə bilər.
Zitieren
APA
CƏLİLOVA, S. (2026). KREATİV-YARADICI TURİZMİN İQTİSADİ-COĞRAFİ EFFEKTİVLİYİNİN NƏZƏRİ PARADİQMASI. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 101. https://doi.org/10.64400/ea26-02-14
Vancouver
CƏLİLOVA S. KREATİV-YARADICI TURİZMİN İQTİSADİ-COĞRAFİ EFFEKTİVLİYİNİN NƏZƏRİ PARADİQMASI. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:101. doi:10.64400/ea26-02-14
BibTeX
@article{CLLOVA2026,
author = {CƏLİLOVA, Sayalı},
title = {KREATİV-YARADICI TURİZMİN İQTİSADİ-COĞRAFİ EFFEKTİVLİYİNİN NƏZƏRİ PARADİQMASI},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {101},
doi = {10.64400/ea26-02-14}
}
EUVIMED