NAZAN BƏKİROĞLUNUN “NAR AĞACİ” ROMANİNİN JANR XÜSUSİYYƏTİ, PROBLEMATİKASİ VƏ BƏDİİ OBRAZLARİ
International Journal of Filologia · 2022
DOI: 10.51540/ijof.1132848 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift International Journal of Filologia, 2022. Verfasst von Salide ŞERİFOVA. Die Arbeit wurde bisher 1-mal zitiert (Crossref) und nennt 6 Literaturangaben.
Abstract (Originalsprache)
Nazan Bəkiroğlunun “Nar ağacı” romanı zaman kəsiyində tarixi yaddaşın unudulmamasını əks etdirir. XXI əsrdə xalqın tarixi gercəkliklərini ədəbiyyatda inikas etdirən “Nar ağacı” romanı türkçülük ideologiyasını bədii dillə dəyərləndirir. Müəllif türk xalqının XX əsrin əvvəllərində üzləşdiyi ziddiyyətli, gərgin tarixi gerçəkliklərini əks etdirir. Müəllifin romanda tarixi gerçəklikləri zaman axarında cavablandırması müasirlik prizmasından əhəmiyyət kəsb edir. Nazan Bəkiroğlunun “Nar ağacı” romanı tarixi hadisələrin sadəcə bədii təqdimi deyildir. Əsərdə dramatizm dolu epizodlarla millətin milli mücadilə yolunda keçdiyi tarixi məqamlara işıq salınır. Uzaq keçmişdən bəhs edən müəllifin qəhrəmanı yaşadığımız dövrün müasiridir. Ziyalı, ali məktəb müəllimi olan qəhrəman müəllifin prototipi kimi diqqəti cəlb edir. Əsərin baş qəhrəmanı xalqın milli tarixi səhifələrini müasirlik işığında təqdim etməyə cəhd edir. Nazan B’kiroğlu siyasi məqamlara toxunarkən, çox vaxt fikirlərini mətnaltı şəkildə təqdim edir. Müəllif mətnaltı fikirlərlə siyasi olaylara oxucunun diqqətini yönəldir. Romanda türk xalqının tarixi arealda torpaqlarının parçalanması kimi tarixi yaddaşa həkk olunmuş hadisələrə aydınlıq gətirir. Məsələn, romanda Türkmənçay müqaviləsinə toxunulur. Müəllif poliloqlala bu tarixi hadisəyə münasibətini bildirir. İnsanların mübahisə doğuran fikirlər bəzi qaranlıq məqamların açıqlanmasına yardım edir. Əsərdə maraq kəsb edən məqamlardan biri də tarixi olaylara müəllif münasibətidir. Müəllif insanların taleyini dəyişmiş tarixi hadisələri, həmçinin siyasi olayları uzun-uzun fikirlərlə deyil, qısa cümlələrlə aydınlıq gətirir. O dövrün mənzərəsini qısa şəkildə əks etdirir. Nazan Bəkiroğlu əsərdə tarixi olaylara nəzər etməklə, kökə, soya bağlılığı qabarda bilir. Biz bunu əsərin qəhrəmanının geri dədə-baba torpağına qayıtmaq istəyində görürük. Müəllif Trabzonda türklərin yaşamasına toxunmaqla yanaşı, qəhrəmanın dədə-baba torpağına qayıdış istəyini əks etdirməsi isə türklərin geniş areala yayılmasını göstərir. Türklərin qədimdən geniş ərazi böyüklüyünə malik olmasını diqqətə çatdırır.
Zitieren
APA
ŞERİFOVA, S. (2022). NAZAN BƏKİROĞLUNUN “NAR AĞACİ” ROMANİNİN JANR XÜSUSİYYƏTİ, PROBLEMATİKASİ VƏ BƏDİİ OBRAZLARİ. International Journal of Filologia. https://doi.org/10.51540/ijof.1132848
Vancouver
ŞERİFOVA S. NAZAN BƏKİROĞLUNUN “NAR AĞACİ” ROMANİNİN JANR XÜSUSİYYƏTİ, PROBLEMATİKASİ VƏ BƏDİİ OBRAZLARİ. International Journal of Filologia. 2022. doi:10.51540/ijof.1132848
BibTeX
@article{ERFOVA2022,
author = {ŞERİFOVA, Salide},
title = {NAZAN BƏKİROĞLUNUN “NAR AĞACİ” ROMANİNİN JANR XÜSUSİYYƏTİ, PROBLEMATİKASİ VƏ BƏDİİ OBRAZLARİ},
journal = {International Journal of Filologia},
year = {2022},
doi = {10.51540/ijof.1132848}
}
EUVIMED