ZƏLİMXAN YAQUBUN BƏDİİ YARADICILIĞININ JANR XÜSUSİYYƏTLƏRİ, PROBLEMATİKASI VƏ BƏDİİ DİLİ
ULUSLARARASI TÜRK LEHÇE ARAŞTIRMALARI DERGİSİ (TÜRKLAD) · 20.06.2026 · 10 (1) · 9-23
DOI: 10.30563/turklad.1845673 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift ULUSLARARASI TÜRK LEHÇE ARAŞTIRMALARI DERGİSİ (TÜRKLAD), online erschienen am 20.06.2026. Verfasst von Salide Şerifova. Die Arbeit nennt 19 Literaturangaben.
Abstract (Originalsprache)
Zəlimxan Yaqubun əsərlərinin janrının dar çərçivəyə sığmadığı, həm lirik, həm də lirik-epik olması ilk növbədə diqqəti cəlb edir. Məsələn, “Əbədiyyət dastanı” poeması tədqiqatçılar tərəfindən elegiya kimi, nəsrlə nəzmin qarışığı şəklində təqdim edilən “Aşıq Hüseyn Saraçlı” əsəri dastan-roman kimi təqdim edilməkdədir.Z.Yaqubun bədii yaradıcılığının problematikası əsasən, şərti olaraq iki dövrü əhatə edir: Sosrealizm dövrünü əhatə edən ədəbiyyat və Müstəqillik dövrü Azərbaycan ədəbiyyatını. Müxtəlif tarixi dövrlərə aid olan bu bölgüdə də xalq ədəbiyyatına bağlılıq özünü qabarıq şəkildə büruzə verir.Şairin yaradıcılığının problematikasında xalqının tarixi milli mücadiləsini və azadlıq mübarizəsini əks etdirməsi əsas yer tutur. Doğma el-obaya bağlılıq, böyüydüyü doğma Gürcüstanını təbliğ etməsi də geniş yer tutmaqdadır.Qeyd etmək lazımdır ki, bir tərəfdən, sadə bədii dilə xas, lakin mürəkkəb janr formalarına üstünlük verən, o biri tərəfdən kütlə və saray şairlərinin yaradıcılığına xas xüsusiyyətləri özündə əks etdirən Zəlimxan Yaqubun bədii yaradıcılığı Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Xalq poeziyasını, xüsusilə də aşıq poeziyasını müasir poetik düşüncə ilə poetik yaradıcılığında birləşdirmişdir. Şairin yaradıcılığındakı milli kimlik, Vətənə, Ana dilinə bağlılıq, mənəvi bütövlüyün tərənnümü və s. mövzular aktuallığını qorumaqdadır. Zəlimxan Yaqub yaradıcılığı Borçalı azərbaycanlılarının Azərbaycan bədii mühiti ilə birləşdırən “qırmızı körpü”lərindən biridir. Bü “bədii körpü” dövlət sərhədlərinin məhdudlarını aşır, xalqımızın düşmənləri tərəfindən Borçalı azərbaycanlılarının fərqli bir etnos/subetnos kimi tədqim etməsinin qarşını alır.
Zitieren
APA
Şerifova, S. (2026). ZƏLİMXAN YAQUBUN BƏDİİ YARADICILIĞININ JANR XÜSUSİYYƏTLƏRİ, PROBLEMATİKASI VƏ BƏDİİ DİLİ. ULUSLARARASI TÜRK LEHÇE ARAŞTIRMALARI DERGİSİ (TÜRKLAD), 10(1), 9-23. https://doi.org/10.30563/turklad.1845673
Vancouver
Şerifova S. ZƏLİMXAN YAQUBUN BƏDİİ YARADICILIĞININ JANR XÜSUSİYYƏTLƏRİ, PROBLEMATİKASI VƏ BƏDİİ DİLİ. ULUSLARARASI TÜRK LEHÇE ARAŞTIRMALARI DERGİSİ (TÜRKLAD). 2026;10(1):9-23. doi:10.30563/turklad.1845673
BibTeX
@article{erifova2026,
author = {Şerifova, Salide},
title = {ZƏLİMXAN YAQUBUN BƏDİİ YARADICILIĞININ JANR XÜSUSİYYƏTLƏRİ, PROBLEMATİKASI VƏ BƏDİİ DİLİ},
journal = {ULUSLARARASI TÜRK LEHÇE ARAŞTIRMALARI DERGİSİ (TÜRKLAD)},
year = {2026},
volume = {10},
number = {1},
pages = {9--23},
doi = {10.30563/turklad.1845673}
}
EUVIMED