EUVIMEDEUVIMED entdecken
Open Access · CC BY-NC 4.0

Social and Economic Life in Azerbaijan under Tsarist Rule: Demographic, Rural, and Urban Perspectives (1840–1917)

Irada Taghiyeva

Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı · 20.11.2026 · 1 (1) · 5-22

DOI: 10.69043/ep19ww72 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı, online erschienen am 20.11.2026. Verfasst von Irada Taghiyeva. Die Arbeit nennt 31 Literaturangaben. Der Volltext ist frei zugänglich (Open Access, CC BY-NC 4.0).

AbstractBibliografische AngabenZitierenVerwandte Studien

Abstract (Originalsprache)

Bu məqalədə 1840–1917-ci illərdə Azərbaycanın Rusiya imperiyasının tərkibində olduğu dövrdə baş vermiş əsas sosial və iqtisadi dəyişikliklər araşdırılır. Arxiv sənədləri, statistik materiallar və elmi ədəbiyyat əsasında hazırlanan tədqiqat Azərbaycanın demoqrafik inkişafını, kənd cəmiyyətinin quruluşunu və şəhərləşmə proseslərini təhlil edir. Araşdırma göstərir ki, Rusiyanın müstəmləkə siyasəti, aqrar islahatlar, sənayeləşmə və miqrasiya prosesləri ölkənin əhali strukturuna və sosial-iqtisadi münasibətlərinə ciddi təsir göstərmişdir. Tədqiqat nəticələrinə görə, XIX əsrdə Azərbaycanda əhali artımı müşahidə olunsa da, müharibələr, epidemiyalar, məcburi köçürmələr və siyasi qarşıdurmalar demoqrafik vəziyyətə mənfi təsir göstərmişdir. Əhali etnik və dini baxımdan rəngarəng olmuş, müsəlmanlar əhalinin böyük əksəriyyətini təşkil etmişdir. Çar hakimiyyətinin təhsil, məhkəmə və idarəetmə sahələrində həyata keçirdiyi tədbirlərə baxmayaraq, din və dini institutlar cəmiyyət üzərində mühüm təsirini qoruyub saxlamışdır. Kənd təsərrüfatı iqtisadiyyatın əsas sahəsi olaraq qalmış və əhalinin böyük hissəsi kəndlərdə yaşamışdır. Təhkimçiliyin ləğvi və aqrar islahatlar kəndlilərin hüquqi vəziyyətini müəyyən qədər dəyişdirsə də, torpaq mülkiyyəti, ağır vergi yükü və iqtisadi asılılıq kimi problemləri aradan qaldıra bilməmişdir. Nəticədə çoxsaylı kəndlilər yoxsulluq şəraitində yaşayaraq iş axtarmaq məqsədilə şəhərlərə köç etmişlər. Məqalədə neft sənayesinin inkişafı nəticəsində, xüsusilə Bakıda sürətlənən şəhərləşmə prosesi də təhlil edilir. Sənayeləşmə yeni sosial təbəqələrin – fəhlələrin, sahibkarların və ziyalıların formalaşmasına şərait yaratmışdır. Bununla yanaşı, uzun iş saatları, aşağı əməkhaqqı, zəif sosial təminat və qeyri-kafi şəhər infrastrukturu kimi problemlər davam etmişdir. Nəticə etibarilə, bu dövr Azərbaycanın ənənəvi feodal münasibətlərindən kapitalist iqtisadi sistemə keçid mərhələsi olmuş və ölkənin gələcək modernləşmə proseslərinin əsasını təşkil etmişdir.

Zitieren

APA

Taghiyeva, I. (2026). Social and Economic Life in Azerbaijan under Tsarist Rule: Demographic, Rural, and Urban Perspectives (1840–1917). Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı, 1(1), 5-22. https://doi.org/10.69043/ep19ww72

Vancouver

Taghiyeva I. Social and Economic Life in Azerbaijan under Tsarist Rule: Demographic, Rural, and Urban Perspectives (1840–1917). Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı. 2026;1(1):5-22. doi:10.69043/ep19ww72

BibTeX
@article{Taghiyeva2026,
  author = {Taghiyeva, Irada},
  title = {Social and Economic Life in Azerbaijan under Tsarist Rule: Demographic, Rural, and Urban Perspectives (1840–1917)},
  journal = {Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı},
  year = {2026},
  volume = {1},
  number = {1},
  pages = {5--22},
  doi = {10.69043/ep19ww72}
}
Kostenlos starten →