Azərbaycan ədəbi dilinin təşəkkülü və inkişafının tarixi-linqvistik aspektləri
Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı · 20.11.2026 · 1 (1) · 39-50
DOI: 10.69043/c0kmb489 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı, online erschienen am 20.11.2026. Verfasst von Sevinc Sadıqova. Die Arbeit nennt 17 Literaturangaben. Der Volltext ist frei zugänglich (Open Access, CC BY-NC 4.0).
Abstract (Originalsprache)
Ədəbi dil ümumxalq dili əsasında təşəkkül tapmış, müəyyən normalara salınmış dildir. Ədəbi dilin spesifikası ondadır ki, o, həm lüğət tərkibi baxımından, həm də qrammatik quruluşuna görə normalaşdırılmış dildir. Ədəbi dilin təşəkkül tapması bir çox hallarda ümumxalq dilinin özünün qanunauyğun inkişafının nəticəsi kimi meydana çıxır. Ədəbi dili səciyyələndirən başlıca əlamətdar cəhətlər onun zəngin lüğət tərkibinə, mükəmməl qrammatik struktura və üslublar sisteminə malik olmasıdır. Zəngin və inkişaf etmiş ədəbi dili olmayan xalqın zəngin və inkişaf etmiş mədəniyyətinin olmasını təsəvvür etmək çox çətindir. Xalqın milli mədəni nailiyyətləri nə qədər yüksəkdirsə, onun ədəbi dili də bir o qədər cilalanmış, zəngin və safdır. Xalqın təfəkkürü, mədəniyyəti, dünyagörüşü ədəbi dildə sanki “qeydə alınır”, onun vasitəsilə ifadə olunur. Bu mənada ədəbi dil problemi nəhəng ümumxalq əhəmiyyətə malikdir. Ədəbi dil tarixi kateqoriyadır, cilalanmanın dərəcəsi, seçmənin ciddiliyi nəinki müxtəlif ədəbi dillərdə, hətta eyni dilin müxtəlif tarixi dövrlərində eyni olmaya bilər. Hər hansı dilin tarixinin öyrənilməsi üçün yazılı abidələr birbaşa mənbələrdir. Ancaq yazılı abidələrin də özünə görə müəyyən çatışmayan cəhətləri vardır ki, bunlar bu və ya digər dil hadisəsinin tədqiqi zamanı tədqiqatçıdan çox ehtiyatlı olmağı tələb edir. Bu vəziyyət digər bir vacib və kifayət qədər etibarlı mənbəyə – tədqiq olunan dilin dialektlərinə müraciət etməyə məcbur edir. Xüsusən də vaxtilə yazısı olmayan və ya yazılı abidələri çox az qorunub saxlanan dillər üçün dialekt məlumatları xüsusi əhəmiyyət kəsb edir. Lakin hətta dil çoxsaylı yazılı abidələrə malikdirsə belə, o zaman da dialektlər öz dəyərini itirmir, əksinə tədqiqatçının əsaslana biləcəyi etibarlı mənbəyə çevrilir. Müasir dilçilikdə dillərin və dialektlərin yaranma yolları haqqında iki əsas fikir geniş yayılmışdır. Dillər və dialektlər diferensiasiya və inteqrasiya yolu ilə yarana bilər.
Zitieren
APA
Sadıqova, S. (2026). Azərbaycan ədəbi dilinin təşəkkülü və inkişafının tarixi-linqvistik aspektləri. Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı, 1(1), 39-50. https://doi.org/10.69043/c0kmb489
Vancouver
Sadıqova S. Azərbaycan ədəbi dilinin təşəkkülü və inkişafının tarixi-linqvistik aspektləri. Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı. 2026;1(1):39-50. doi:10.69043/c0kmb489
BibTeX
@article{Sadqova2026,
author = {Sadıqova, Sevinc},
title = {Azərbaycan ədəbi dilinin təşəkkülü və inkişafının tarixi-linqvistik aspektləri},
journal = {Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı},
year = {2026},
volume = {1},
number = {1},
pages = {39--50},
doi = {10.69043/c0kmb489}
}
EUVIMED