Çoxmənalılığın yaranma mexanizmləri və dilin semantik inkişafında rolu
Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı · 20.11.2026 · 1 (1) · 83-92
DOI: 10.69043/3bzf5719 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı, online erschienen am 20.11.2026. Verfasst von Fidan Yusifova. Die Arbeit nennt 14 Literaturangaben. Der Volltext ist frei zugänglich (Open Access, CC BY-NC 4.0).
Abstract (Originalsprache)
Məqalədə leksik sistemin mühüm kateqoriyalarından biri olan çoxmənalılığın yaranması, formalaşması, inkişaf mexanizmləri və dilin semantik sistemində rolu kompleks şəkildə araşdırılır. Çoxmənalılıq bir sözün semantik quruluşunda bir-biri ilə müəyyən məna əlaqəsi olan bir neçə leksik-semantik variantın formalaşması kimi səciyyələndirilir. Bu hadisə dilin yalnız lüğət tərkibinin zənginləşməsinə deyil, həm də mövcud dil vahidlərinin yeni nominativ və kommunikativ ehtiyaclara uyğun şəkildə funksional imkanlarının genişlənməsinə şərait yaradır. Tədqiqatın əsas məqsədi çoxmənalılığın meydana gəlməsini şərtləndirən amilləri müəyyənləşdirmək, onun yaranma mexanizmlərini sistemləşdirmək və semantik inkişaf prosesindəki rolunu elmi-nəzəri baxımdan əsaslandırmaqdır. Araşdırmada söz mənasının dəyişməsinə və yeni mənaların formalaşmasına təsir göstərən ictimai, tarixi, mədəni, məntiqi və dilxarici amillər nəzərdən keçirilir. Çoxmənalılığın yaranmasında məcazlaşma, metonimiyalaşma, məna genişlənməsi, məna daralması, funksional yaxınlıq, əşya və hadisələr arasındakı oxşarlıq, assosiativ əlaqələr və insan təfəkkürünün ümumiləşdirici xüsusiyyətlərinin mühüm rol oynadığı müəyyənləşdirilir. Sözün ilkin nominativ mənasının müxtəlif kontekstlərdə yeni məna çalarları qazanması və zaman keçdikcə həmin mənaların leksik-semantik variant kimi sabitləşməsi çoxmənalılığın formalaşmasının əsas mexanizmlərindən biri kimi izah edilir. Bu baxımdan çoxmənalılıq dilin statik deyil, daim dəyişən və inkişaf edən semantik sisteminin göstəricisi kimi qiymətləndirilir. Məqalədə çoxmənalılığın sinxronik və diaxronik aspektləri də müqayisəli şəkildə şərh olunur. Sinxronik yanaşmada sözün müəyyən zaman kəsiyində malik olduğu mənalar sistemi, həmin mənalar arasındakı semantik münasibətlər və onların müasir dil daşıyıcıları tərəfindən qavranılması əsas götürülür.
Zitieren
APA
Yusifova, F. (2026). Çoxmənalılığın yaranma mexanizmləri və dilin semantik inkişafında rolu. Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı, 1(1), 83-92. https://doi.org/10.69043/3bzf5719
Vancouver
Yusifova F. Çoxmənalılığın yaranma mexanizmləri və dilin semantik inkişafında rolu. Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı. 2026;1(1):83-92. doi:10.69043/3bzf5719
BibTeX
@article{Yusifova2026,
author = {Yusifova, Fidan},
title = {Çoxmənalılığın yaranma mexanizmləri və dilin semantik inkişafında rolu},
journal = {Qafqaz Hümanitar və Sosial Elmlər Jurnalı},
year = {2026},
volume = {1},
number = {1},
pages = {83--92},
doi = {10.69043/3bzf5719}
}
EUVIMED