EUVIMEDEUVIMED entdecken
Crossref

SƏNƏTKAR ÖMRÜNÜN İMPROVİZƏLƏRİ İVTİXAR PİRİYEV – 65

Nərminə Ağayeva

Musiqi dünyası · 2025

DOI: 10.65058/tmti5334 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift Musiqi dünyası, 2025. Verfasst von Nərminə Ağayeva. Die Arbeit nennt 5 Literaturangaben.

AbstractBibliografische AngabenZitierenVerwandte Studien

Abstract (Originalsprache)

Məqalə Azərbaycan teatr sənətinin korifey sənətkarı, Əməkdar mədəniyyət işçisi, şair, dramaturq, aktyor, rejissor, teatr təşkilatçısı, bədii rəhbər, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Fəhrat oğlu Piriyevin anadan olmasının 65, yaradıcılıq fəaliyyətinin 45 illiyinə həsr olunub. Milli teatr prosesimizdə öz sənət yolu, fərqli yaradıcılıq üslubu, demokratik düşüncə və məfkurə konsepti, mənəvi və intellektual dünyası ilə seçilən İftixar Piriyev uzun illərdir ki, “Teatr mənim həyatımdır” konsepti ilə Azərbaycan mədəniyyətinə, teatr sənətinə xidmət edir. Məqalədə İ.Piriyevin 1991-1998-ci illər ərzində Akademik Milli Dram Teatrında, daha sonrakı illərdə İrəvan Azərbaycan Dram Teatrında yaratdığı çox saylı fərqli xarakterlərə malik obrazların barədə məlumat verilir. O, 2009-cu ildə İrəvan Teatrının səhnəsində hazırlanmış dramaturq Aqşin Babayevin “Xilaskar” və 2013-cü ildə özünün müəllifi olduğu “Qurtuluş dastanı”, 2016-cı ildə Hidayətin “Burdan min atlı keçdi” əsərlərinin tamaşalarında ümummilli lider Heydər Əliyevin bədii obrazını ifa edən sənətkar kimi səciyyələndirilir. İ. Piriyevin 20-dən çox müasir və tarixi pyeslərin müəllifi olduğu, onun dram əsərlərinin həm Azərbaycanda, həm də xarici ölkə teatrlarında tamaşaya hazırlanması ətraflı şərh edilir. Məqalədə İftixarın “aktyor rejissurası” yaradıcılıq laboratoriyası barədə məlumat verilir. Onun müasir teatr düşüncəsi üçün qeyri-səlis məntiq sistemi üzərində qurulan “Siluet”, “Səs”, “Stalin-İzm” rejissor tamaşalarının teatrımızda yeni sənət arenası və yeni teatr modelinin yaranışına ilk praktiki nümunələr olmasını təsdiqləyir.

Zitieren

APA

Ağayeva, N. (2025). SƏNƏTKAR ÖMRÜNÜN İMPROVİZƏLƏRİ İVTİXAR PİRİYEV – 65. Musiqi dünyası. https://doi.org/10.65058/tmti5334

Vancouver

Ağayeva N. SƏNƏTKAR ÖMRÜNÜN İMPROVİZƏLƏRİ İVTİXAR PİRİYEV – 65. Musiqi dünyası. 2025. doi:10.65058/tmti5334

BibTeX
@article{Aayeva2025,
  author = {Ağayeva, Nərminə},
  title = {SƏNƏTKAR ÖMRÜNÜN İMPROVİZƏLƏRİ İVTİXAR PİRİYEV – 65},
  journal = {Musiqi dünyası},
  year = {2025},
  doi = {10.65058/tmti5334}
}
Kostenlos starten →