Türkdilli xalqların səhnə mədəniyyətində musiqili teatrın rolu
Musiqi dünyası · 2025
DOI: 10.65058/plxr5390 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift Musiqi dünyası, 2025. Verfasst von Qafarlı Elçin.
Abstract (Originalsprache)
Məqalədə TÜRKSOY təşkilatının türkdilli xalqların yaxınlaşmasına xidmət edən layihələr işıqlandırılır. Teatr əməkdaşlığı vasitəsilə türkdilli xalqların mədəniyyətlərinin inteqrasiyası və yaxınlaşmasının öyrənilməsi incəsənət tarixində, xüsusən də teatrşünaslıqda aktual məsələdir. Bu məqalədə ayrı-ayrı tamaşaların nümunəsində, türkdilli xalqlar arasında musiqi və teatr tamaşalarının yaradılması sahəsində əməkdaşlığın dinamikası araşdırılır. Azərbaycan, Qazaxıstan və digər türkdilli dövlətlər daxil olmaqla, yaradıcı kollektivlərin peşəkarlığı sayəsində ərsəyə gələn bir sıra beynəlxalq layihələr, məsələn, "Koroğlu", "Arşın Mal Alan" və "Alpamıs" operaları səhnəyə qoyulmuşdur ki, bu da türkdilli xalqların mədəniyyətlərinin inteqrasiyasına töhfə vermişdir. Məqalədə musiqili teatrın türkdilli xalqların mənəvi irsinin qorunmasında rolu araşdırılır. Tədqiqatda zəngin faktiki materialdan istifadə edilərək sistemli və müqayisəli təhlil metodlarından istifadə edilmişdir. Bu məqalənin elmi və praktiki əhəmiyyəti türk xalqlarının səhnə sənəti və teatr mədəniyyətinin inteqrasiyası ilə bağlı yeni tədqiqatların aparılmasına ehtiyacdan irəli gəlir. Tədqiqatın nəticələri türkdilli xalqların teatr mədəniyyətində vüsət alan proseslərin və tendensiyaların öyrənilməsində dəyərli mənbədir.
Zitieren
APA
Elçin, Q. (2025). Türkdilli xalqların səhnə mədəniyyətində musiqili teatrın rolu. Musiqi dünyası. https://doi.org/10.65058/plxr5390
Vancouver
Elçin Q. Türkdilli xalqların səhnə mədəniyyətində musiqili teatrın rolu. Musiqi dünyası. 2025. doi:10.65058/plxr5390
BibTeX
@article{Elin2025,
author = {Elçin, Qafarlı},
title = {Türkdilli xalqların səhnə mədəniyyətində musiqili teatrın rolu},
journal = {Musiqi dünyası},
year = {2025},
doi = {10.65058/plxr5390}
}
EUVIMED