EUVIMEDEUVIMED entdecken
Crossref

MİLLİ GEYİM TARİXİ MƏNBƏ KİMİ

Nigar Abbasova

Musiqi Dünyası · 30.06.2026 · 69

DOI: 10.65058/djep5829 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift Musiqi Dünyası, online erschienen am 30.06.2026. Verfasst von Nigar Abbasova.

AbstractBibliografische AngabenZitierenVerwandte Studien

Abstract (Originalsprache)

Tədqiqatın aktuallığını ənənəvi geyimlərin sadəcə gündəlik əşya kimi deyil, həm də mühüm sosial-mədəni kod və tarixi yaddaşın maddi daşıyıcısı kimi qəbul edilməsinin zərurəti ilə müəyyən olunur. Bu aspektdən məqalədə milli geyimlər tarixi mənbə kimi araşdırılır. Tədqiqatın məqsədi geyimi müxtəlif ölkə və xalqların tarixini əks etdirən əsas amil kimi, onun geyim formalarındakı təzahürləri aspektində təhlil etməkdir. Araşdırmada kostyumun tarixi mənbə kimi mahiyyətinin hərtərəfli açılması üçün metodoloji əsas olaraq, geyim artefaktını tarix və mədəniyyət faktı kimi qəbul edən hermenevtik-fenomenoloji ənənənin aparıcı istiqamətlərinə istinad olunmuşdur. Bu yanaşma kostyumda obyektivləşdirilmiş maddi və sosial-mədəni fonu yenidən qurmağa imkan vermişdir. Beləliklə, kostyumun tarixi mənbə kimi səciyyələndirilməsi, onun məqsədyönlü təsviri və müvafiq xassələri əsasında, istənilən geyim kompleksinə münasibətdə invariant xarakter daşıyan dörd səviyyəli informasiya modelini müəyyən etməyə və ətraflı araşdırmağa imkan yaradır. Bu səviyyələr bir-birindən təcrid olunmur, əksinə, çox vaxt bir səviyyədə olan məlumatlar mətnin digər informativ hissəsinin mənasını başa düşmək üçün açar rolunu oynayır. Tədqiqatın nəzəri əhəmiyyəti tədqiqatda milli geyimlərin retrospektiv təhlili və dekonstruksiyası prinsiplərinin konseptual əsasda tətbiqinə imkan yaratması ilə müəyyən olunur. Araşdırmanın praktiki əhəmiyyəti ondan ibarətdir ki, əldə olunan mühüm nəticələr muzey ekspertizası, tarixi rekonstruksiya, teatr və kino sənayəsi, habelə tarixi məlumatlara əsaslanaraq etnik geyimləri hazırlayan müasir dizayner-rəssamlara metodik vəsait kimi gərəkli ola bilər. Açar sözlər: kostyum, tarixi mətn, Qarabağ regionu, etnik, kulturoloji aspekt, semiotik təhlil.

Zitieren

APA

Abbasova, N. (2026). MİLLİ GEYİM TARİXİ MƏNBƏ KİMİ. Musiqi Dünyası, 69. https://doi.org/10.65058/djep5829

Vancouver

Abbasova N. MİLLİ GEYİM TARİXİ MƏNBƏ KİMİ. Musiqi Dünyası. 2026:69. doi:10.65058/djep5829

BibTeX
@article{Abbasova2026,
  author = {Abbasova, Nigar},
  title = {MİLLİ GEYİM TARİXİ MƏNBƏ KİMİ},
  journal = {Musiqi Dünyası},
  year = {2026},
  pages = {69},
  doi = {10.65058/djep5829}
}
Kostenlos starten →