Atatürk və Türk milli mədəniyyəti
Musiqi dünyası · 30.03.2026 · 28 (1(106)) · 8
DOI: 10.65058/ccwa9270 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift Musiqi dünyası, online erschienen am 30.03.2026. Verfasst von Sevinc Rzayeva.
Abstract (Originalsprache)
Hazırda milli dövlətçilik ideologiyasının möhkəmləndirilməsi və mədəni özünüdərk prosesində tarixi şəxsiyyətlərin irsinin öyrənilməsi aktual məsələdir. Məqalədə ulu öndər Mustafa Kamal Atatürkün mədəniyyətin inkişafındakı misilsiz xidmətlərindən bəhs olunur. Tədqiqatın məqsədi Mustafa Kamal Atatürkün türk milli mədəniyyətinin və incəsənətinin (xüsusilə musiqi, teatr və təsviri sənətin) inkişafındakı konseptual baxışlarını, onun bu islahatların müasir Türkiyə Cümhuriyyətinin dövlət sütunu kimi rolunu elmi şəkildə araşdırıb təhlil etməkdir. Atatürkün mədəniyyət sahəsindəki islahatları Türkiyə Cumhuriyyətinin mənəvi sütunlarını təşkil edirdi. Tədqiqatda əldə olunan əsas qənaətlərdən biri odur ki, onun milli mədəniyyət konpensiyasının təməlində xalqın yaşadığı reallıqlar və bu reallıqların formalaşdırdığı geniş təcrübələr dayanır. Atatürkə görə mədəniyyətin formalaşmasında ədəbiyyat, rəssamlıq, heykəltaraşlıq, musiqi, teatr, memarlıq kimi bütün təsviri sənətlər xüsusi önəm daşıyır. Tədqiqatın elmi əhəmiyyəti ondan ibarətdir ki, əldə olunan nəticələr mədəniyyətşünaslıq, tarix və sənətşünaslıq sahəsində tədqiqat aparan mütəxəssislər, həmçinin dövlət mədəniyyət siyasətinin formalaşdırılması üçün nəzəri baza rolunu oynaya bilər.
Zitieren
APA
Rzayeva, S. (2026). Atatürk və Türk milli mədəniyyəti. Musiqi dünyası, 28(1(106)), 8. https://doi.org/10.65058/ccwa9270
Vancouver
Rzayeva S. Atatürk və Türk milli mədəniyyəti. Musiqi dünyası. 2026;28(1(106)):8. doi:10.65058/ccwa9270
BibTeX
@article{Rzayeva2026,
author = {Rzayeva, Sevinc},
title = {Atatürk və Türk milli mədəniyyəti},
journal = {Musiqi dünyası},
year = {2026},
volume = {28},
number = {1(106)},
pages = {8},
doi = {10.65058/ccwa9270}
}
EUVIMED