GƏNCƏ-DAŞKƏSƏN İQTİSADİ RAYONUNUN TOPONİMİYASI VƏ REGİONUN TARİXİ-İQTİSADİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 225
DOI: 10.64400/ea26-02-31 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Tünzalə İSMAYILOVA. Die Arbeit nennt 16 Literaturangaben.
Abstract (Originalsprache)
Məqalə Gəncə–Daşkəsən iqtisadi rayonunun toponimik sisteminin regionun tarixi-iqtisadi inkişaf xüsusiyyətləri ilə qarşılıqlı əlaqəsinin iqtisadi-coğrafi aspektdə təhlilinə həsr olunmuşdur. Tədqiqatın məqsədi yer adlarının semantik, funksional və etimoloji xüsusiyyətləri əsasında ərazinin məskunlaşma formalarını, təsərrüfat strukturunu və sosial-iqtisadi transformasiya mərhələlərini müəyyənləşdirməkdir. Empirik baza 850 toponimdən ibarət olmuş, həmin materiallar tarixi mənbələr, arxiv sənədləri, kartoqrafik materiallar və sahə tədqiqatları əsasında sistemləşdirilmişdir. Müəyyən edilmişdir ki, hidronimlərin, qışlaq, oba, yataq, karvansara, mədən və sənətkarlıqla bağlı toponimlərin geniş yayılması regionun təsərrüfat strukturunda suvarma əkinçiliyinin, yarımköçəri maldarlığın, ticarət-kommunikasiya əlaqələrinin və dağ-mədən sənayesinin aparıcı mövqeyini əks etdirir. Toponimik sistemdə müşahidə olunan ideoloji renominasiya prosesləri isə siyasi transformasiyaların məkan üzərindəki izlərini göstərir. Bu sistemin kompleks təhlili regionun sosial-iqtisadi və tarixi inkişaf qanunauyğunluqlarının daha dərindən dərk edilməsinə imkan verir. Nəticədə “toponim–iqtisadi funksiya–tarixi mərhələ” modeli əsasında regionun məkan-funksional inkişaf trayektoriyası rekonstruksiya olunmuşdur. Tədqiqatın nəticələri tarixi landşaftın öyrənilməsi, regional planlaşdırmanın elmi əsaslandırılması və mədəni irsin qorunması istiqamətlərində mühüm elmi-praktik əhəmiyyətə malikdir.
Zitieren
APA
İSMAYILOVA, T. (2026). GƏNCƏ-DAŞKƏSƏN İQTİSADİ RAYONUNUN TOPONİMİYASI VƏ REGİONUN TARİXİ-İQTİSADİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 225. https://doi.org/10.64400/ea26-02-31
Vancouver
İSMAYILOVA T. GƏNCƏ-DAŞKƏSƏN İQTİSADİ RAYONUNUN TOPONİMİYASI VƏ REGİONUN TARİXİ-İQTİSADİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:225. doi:10.64400/ea26-02-31
BibTeX
@article{SMAYILOVA2026,
author = {İSMAYILOVA, Tünzalə},
title = {GƏNCƏ-DAŞKƏSƏN İQTİSADİ RAYONUNUN TOPONİMİYASI VƏ REGİONUN TARİXİ-İQTİSADİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {225},
doi = {10.64400/ea26-02-31}
}
EUVIMED