NANOELEKTRONİKANIN SƏNAYE TƏTBİQLƏRİ VƏ İQTİSADİ POTENSİALI
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 201
DOI: 10.64400/ea26-02-28 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Aygün SULTANOVA und 1 weiteren Autor:innen. Die Arbeit nennt 12 Literaturangaben.
Abstract (Originalsprache)
XXI əsrin əsas texnoloji nailiyyətlərindən biri nanoelektronikanın inkişafıdır. Elektronikanın nanomiqyasda idarə olunması, daha kiçik, sürətli və enerji baxımından qənaətli qurğuların yaradılmasına imkan verir. Lakin nanoelektronikanın tətbiqi yalnız müsbət tərəflərlə məhdudlaşmır, bu sahənin qarşısında mühüm texnoloji məhdudiyyətlər və istehsal problemləri mövcuddur. Bu çətinliklər nanoelektronikanın geniş sənaye tətbiqlərinə keçidini ləngidir və qlobal elmi-texnoloji əməkdaşlığı zəruri edir. Nanoelektronika ~1–100 nm miqyasında işləyən elektron sistemlərinin layihələndirilməsi və istehsalını əhatə edir. Bu miqyasda kvant effektləri, atomik miqyaslı qeyri-bərabərliklər və materialların yeni xüsusiyyətləri istehsalın mürəkkəbliyini artırır. Müasir yarımkeçirici sənayesi 2–3 nm texnoloji düyünlərə doğru irəliləsə də, həm texniki, həm də iqtisadi baxımdan ciddi problemlərlə üzləşir. Nanoelektronika texnologiyaları telekommunikasiyanın eləcə də informasiya texnologiyalarının, tibbin və enerji sənayesinin inkişafı üçün strateji əhəmiyytə malikdir. Nanoelektronika, informasiya texnologiyaları və sənaye elektronikasının gələcək inkişafında əsas istiqamətlərdən biridir. Bu sahədə aparılan tədqiqatlar yalnız hesablama sistemlərinin gücünü artırmaqla kifayətlənmir, həm də tibb, ekoloji monitorinq və digər mühüm sahələrdə yeni tətbiq imkanları yaradır. Gözlənilir ki, yaxın onilliklərdə nanoelektronika texnologiyaları klassik mikroelektronikanı tədricən əvəz edərək texnoloji tərəqqinin aparıcı qüvvəsinə çevriləcəkdir.
Zitieren
APA
SULTANOVA, A., & BABAYEVA, S. (2026). NANOELEKTRONİKANIN SƏNAYE TƏTBİQLƏRİ VƏ İQTİSADİ POTENSİALI. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 201. https://doi.org/10.64400/ea26-02-28
Vancouver
SULTANOVA A, BABAYEVA S. NANOELEKTRONİKANIN SƏNAYE TƏTBİQLƏRİ VƏ İQTİSADİ POTENSİALI. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:201. doi:10.64400/ea26-02-28
BibTeX
@article{SULTANOVA2026,
author = {SULTANOVA, Aygün and BABAYEVA, Səma},
title = {NANOELEKTRONİKANIN SƏNAYE TƏTBİQLƏRİ VƏ İQTİSADİ POTENSİALI},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {201},
doi = {10.64400/ea26-02-28}
}
EUVIMED