MƏRKƏZİ ASİYANIN TÜRK DÖVLƏTLƏRİ VƏ ERMƏNİSTAN: REGİONAL NƏQLİYYAT-ENERJİ LAYİHƏLƏRİNDƏ MƏHDUDİYYƏTLƏR VƏ İKİTƏRƏFLİ ƏLAQƏLƏRİN SİYASİ SƏRHƏDLƏRİ
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 180
DOI: 10.64400/ea26-02-25 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Kəmalə ƏFƏNDİYEVA. Die Arbeit nennt 9 Literaturangaben.
Abstract (Originalsprache)
Tədqiqatın ümumi məlumat kontekstini SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiyanın türk dövlətləri ilə Ermənistan arasında formalaşan ikitərəfli əlaqələr və regional geosiyasi reallıqlar təşkil edir. Məqalənin əsas məqsədi Ermənistanın regionun qlobal nəqliyyat-enerji layihələrindən kənarda qalma mexanizmlərini, türk dövlətlərinin bu ölkə ilə münasibətlərində formalaşan siyasi sərhədləri və Azərbaycan faktorunun bu prosesə həlledici təsirini müəyyən etməkdir. Tədqiqat zamanı sistemli və müqayisəli siyasi təhlil, eləcə də tarixi-xronoloji metodlardan istifadə edilmiş, region ölkələrinin rəsmi makroiqtisadi göstəriciləri material qismində götürülmüşdür. Əldə olunan nəticələr göstərir ki, Mərkəzi Asiyanın türk respublikaları Ermənistanla kollektiv təhlükəsizlik və inteqrasiya bloklarında formal müttəfiq olsalar da, ikitərəfli ticarət-iqtisadi əlaqələr minimal səviyyədədir. Mövcud real iqtisadi-logistik maraqlar "Orta Dəhliz" xətti ilə tamamilə Azərbaycan və Türkiyəyə yönəlmiş və İrəvanı geosiyasi izolyasiyaya məruz qoymuşdur. Yekun nəticə olaraq qeyd edilməlidir ki, Ermənistanla münasibətlərin gələcək dinamikası və mövcud siyasi sərhədlərin dəyişməsi birbaşa olaraq Cənubi Qafqazda formalaşan yeni geosiyasi şərtlərdən, həmçinin İrəvanın regional kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması prosesindəki konstruktiv mövqeyindən və strateji balans yaratmaq imkanlarından asılıdır.
Zitieren
APA
ƏFƏNDİYEVA, K. (2026). MƏRKƏZİ ASİYANIN TÜRK DÖVLƏTLƏRİ VƏ ERMƏNİSTAN: REGİONAL NƏQLİYYAT-ENERJİ LAYİHƏLƏRİNDƏ MƏHDUDİYYƏTLƏR VƏ İKİTƏRƏFLİ ƏLAQƏLƏRİN SİYASİ SƏRHƏDLƏRİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 180. https://doi.org/10.64400/ea26-02-25
Vancouver
ƏFƏNDİYEVA K. MƏRKƏZİ ASİYANIN TÜRK DÖVLƏTLƏRİ VƏ ERMƏNİSTAN: REGİONAL NƏQLİYYAT-ENERJİ LAYİHƏLƏRİNDƏ MƏHDUDİYYƏTLƏR VƏ İKİTƏRƏFLİ ƏLAQƏLƏRİN SİYASİ SƏRHƏDLƏRİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:180. doi:10.64400/ea26-02-25
BibTeX
@article{FNDYEVA2026,
author = {ƏFƏNDİYEVA, Kəmalə},
title = {MƏRKƏZİ ASİYANIN TÜRK DÖVLƏTLƏRİ VƏ ERMƏNİSTAN: REGİONAL NƏQLİYYAT-ENERJİ LAYİHƏLƏRİNDƏ MƏHDUDİYYƏTLƏR VƏ İKİTƏRƏFLİ ƏLAQƏLƏRİN SİYASİ SƏRHƏDLƏRİ},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {180},
doi = {10.64400/ea26-02-25}
}
EUVIMED