İNSTİTUSİONAL AMİLLƏRİN İNVESTİSİYA MÜHİTİNƏ TƏSİRİ: DAŞINMAZ ƏMLAK BAZARI KONTEKSTİNDƏ
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 151
DOI: 10.64400/ea26-02-21 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Fərid KAZIMOV. Die Arbeit nennt 15 Literaturangaben.
Abstract (Originalsprache)
Bu tədqiqat daşınmaz əmlak bazarında institusional mühitin investisiya proseslərinə təsirini həm nəzəri yanaşma, həm də empirik müşahidələr əsasında təhlil edir. Araşdırma Yeni İnstitusional İqtisadiyyat çərçivəsinə əsaslanaraq göstərir ki, formal institutlar mülkiyyət hüquqlarının qorunması, tənzimləmə sisteminin keyfiyyəti və hüquqi icranın effektivliyi ilə yanaşı, qeyri-formal amillər də bazar davranış qaydaları, etibarlılıq səviyyəsi və korrupsiya mühiti investisiya qərarlarının formalaşmasında mühüm rol oynayır. Təhlil nəticəsində müəyyən edilir ki, mülkiyyət hüquqlarının aydın və etibarlı şəkildə təmin olunması, tənzimləyici mühitin şəffaflığı və qeydiyyat prosedurlarının sadələşdirilməsi əməliyyat xərclərini azaldır, qeyri-müəyyənliyi minimuma endirir və investor risklərini aşağı salır. Bu isə öz növbəsində daha uzunmüddətli və sabit kapital axınlarının formalaşmasına, həmçinin institusional investorların bazara marağının artmasına şərait yaradır. Ümumiləşdirilmiş nəticə ondan ibarətdir ki, daşınmaz əmlak bazarında dayanıqlı inkişafın təmin olunması üçün institusional çərçivənin təkmilləşdirilməsi çox böyük bir rol oynayır və bu yanaşma qısamüddətli stimullaşdırıcı tədbirlərlə müqayisədə çox daha davamlı və effektiv nəticələr verir. Bununla belə qeyd etmək lazımdır ki, institusional islahatların effektivliyi yalnız formal qaydaların mövcudluğu olması ilə bitmir, həm də onların ardıcıl və şəffaf bir şəkildə tətbiq olunması bu mühiti optimal səviyyəyə gətirəcəkdir. Bu baxımdan tədqiqat göstərir ki, hüquqi çərçivənin keyfiyyəti ilə onun praktiki icrası arasındakı uçurum, xüsusilə, keçid iqtisadiyyatlarında investisiya mühitinin ən kritik zəif nöqtələrindən biri olaraq qalır.
Zitieren
APA
KAZIMOV, F. (2026). İNSTİTUSİONAL AMİLLƏRİN İNVESTİSİYA MÜHİTİNƏ TƏSİRİ: DAŞINMAZ ƏMLAK BAZARI KONTEKSTİNDƏ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 151. https://doi.org/10.64400/ea26-02-21
Vancouver
KAZIMOV F. İNSTİTUSİONAL AMİLLƏRİN İNVESTİSİYA MÜHİTİNƏ TƏSİRİ: DAŞINMAZ ƏMLAK BAZARI KONTEKSTİNDƏ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:151. doi:10.64400/ea26-02-21
BibTeX
@article{KAZIMOV2026,
author = {KAZIMOV, Fərid},
title = {İNSTİTUSİONAL AMİLLƏRİN İNVESTİSİYA MÜHİTİNƏ TƏSİRİ: DAŞINMAZ ƏMLAK BAZARI KONTEKSTİNDƏ},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {151},
doi = {10.64400/ea26-02-21}
}
EUVIMED