MÜHARİBƏ VETERANLARININ SOSİAL REABİLİTASİYASI VƏ İQTİSADİ TƏMİNATINDA GÖRÜLƏN İŞLƏRİN TƏHLİLİ
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 142
DOI: 10.64400/ea26-02-20 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Şirin MƏHƏMMƏD. Die Arbeit nennt 23 Literaturangaben.
Abstract (Originalsprache)
Azərbaycanda müharibə veteranlarının sosial və iqtisadi təminatı dövlətin mühüm prioritetlərindən biridir. Xüsusilə, Vətən müharibəsindən sonra veteranların cəmiyyətə inteqrasiyası, məşğulluğu və sosial rifahının artırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. Bu sahədə həyata keçirilən əsas layihələr arasında mənzil və avtomobillərin verilməsi, yüksək texnologiyalı protezlərlə təminat, özünüməşğulluq proqramları, həmçinin Prezident təqaüdləri və vergi güzəştləri kimi iqtisadi dəstək mexanizmləri xüsusi diqqət çəkir. Müharibə veteranlarının psixoloji dəstəyi sahəsində isə dövlət tərəfindən yeni reabilitasiya mərkəzləri yaradılmış, lakin xüsusən regionlarda bu xidmətlərin qeyri-bərabər paylanması və psixoloq çatışmazlığı kimi ciddi problemlər qalmaqdadır. Eyni zamanda əlillik statusu ala bilməyən qazilərin təminat problemləri, məşğulluq proqramlarında mövcud bürokratik maneələr, eləcə də sosial ödənişlərin real həyat şərtlərinə uyğun olmaması veteranların qarşılaşdığı əsas çətinliklər arasındadır. Problemlərin həlli üçün beynəlxalq təcrübənin mənimsənilməsi, ictimai məlumatlılığın artırılması, sosial müdafiəyə ayrılan vəsaitlərin artırılması və məşğulluq proqramlarının bürokratik prosedurlarının sadələşdirilməsi kimi addımların atılması zəruridir. Bu istiqamətdəki dövlət siyasətinin effektivliyi veteranların sosial rifahını yüksəltməklə yanaşı, ölkədə ümumi sosial sabitliyi və milli həmrəyliyi möhkəmləndirir.
Zitieren
APA
MƏHƏMMƏD, Ş. (2026). MÜHARİBƏ VETERANLARININ SOSİAL REABİLİTASİYASI VƏ İQTİSADİ TƏMİNATINDA GÖRÜLƏN İŞLƏRİN TƏHLİLİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 142. https://doi.org/10.64400/ea26-02-20
Vancouver
MƏHƏMMƏD Ş. MÜHARİBƏ VETERANLARININ SOSİAL REABİLİTASİYASI VƏ İQTİSADİ TƏMİNATINDA GÖRÜLƏN İŞLƏRİN TƏHLİLİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:142. doi:10.64400/ea26-02-20
BibTeX
@article{MHMMD2026,
author = {MƏHƏMMƏD, Şirin},
title = {MÜHARİBƏ VETERANLARININ SOSİAL REABİLİTASİYASI VƏ İQTİSADİ TƏMİNATINDA GÖRÜLƏN İŞLƏRİN TƏHLİLİ},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {142},
doi = {10.64400/ea26-02-20}
}
EUVIMED