UŞAQ MƏTBU İRSİMİZİN “QIRMIZI GÜNƏŞ”İ
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 89
DOI: 10.64400/ea26-02-12 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Fərqanə MƏLİKOVA. Die Arbeit nennt 16 Literaturangaben.
Abstract (Originalsprache)
Tədqiqat işində XX əsrin əvvəllərində Azərbaycan uşaq mətbuatının inkişaf mərhələləri və bu prosesdə “Qırmızı günəş” jurnalının xüsusi rolu araşdırılır. Göstərilir ki, ilk milli uşaq mətbuat orqanı olan “Dəbistan” jurnalının yaratdığı pedaqoji ənənə sonrakı dövrdə “Rəhbər”, “Məktəb” və “Qırmızı günəş” kimi nəşrlərlə davam etdirilmişdir. Tədqiqatda 1921–1922-ci illərdə cəmi üç nömrəsi nəşr olunan “Qırmızı günəş” jurnalının tarixi şəraiti, ideya istiqaməti, məramnaməsi, tərtibat xüsusiyyətləri, müəllif çevrəsi və məzmun strukturu kompleks şəkildə təhlil olunur. Jurnalın səhifələrində yer alan bədii, elmi-kütləvi, publisistik və didaktik materiallar əsasında onun uşaqların təlim-tərbiyəsində, məktəbdənkənar oxu mədəniyyətinin formalaşmasında və milli maarifçilik ideyalarının yayılmasında rolu müəyyən edilir. Həmçinin Qafur Rəşad Mirzəzadə, Abdulla Şaiq və digər ziyalıların fəaliyyəti fonunda jurnalın ideoloji və pedaqoji funksiyası qiymətləndirilir. Araşdırma nəticəsində məlum olur ki, qısa müddətli fəaliyyətinə baxmayaraq “Qırmızı günəş” Azərbaycan pedaqoji uşaq mətbuatının inkişafında mühüm mərhələ təşkil etmiş və milli təhsil tarixində əhəmiyyətli maarifçi platforma kimi çıxış etmişdir. Bu baxımdan jurnalın tarixi-pedaqoji əhəmiyyəti xüsusi elmi dəyər daşıyır və gələcək tədqiqatlar üçün mühüm mənbə rolunu oynayır. Məqalə uşaq mətbuatının formalaşma dinamikasını anlamaq baxımından mühüm nəzəri nəticələr təqdim edir və milli maarifçilik tarixini daha yaxşı aydınlaşdırmağa kömək edir.
Zitieren
APA
MƏLİKOVA, F. (2026). UŞAQ MƏTBU İRSİMİZİN “QIRMIZI GÜNƏŞ”İ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 89. https://doi.org/10.64400/ea26-02-12
Vancouver
MƏLİKOVA F. UŞAQ MƏTBU İRSİMİZİN “QIRMIZI GÜNƏŞ”İ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:89. doi:10.64400/ea26-02-12
BibTeX
@article{MLKOVA2026,
author = {MƏLİKOVA, Fərqanə},
title = {UŞAQ MƏTBU İRSİMİZİN “QIRMIZI GÜNƏŞ”İ},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {89},
doi = {10.64400/ea26-02-12}
}
EUVIMED