XÜSUSİ TƏYİNATLI OBYEKTLƏRİN FİZİKİ MÜHAFİZƏSİNDƏ ZAMAN ƏSASLI FUNKSİONAL YETƏRLİLİK ŞƏRTİ
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 79
DOI: 10.64400/ea26-02-11 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Ramil AXUNDOV und 1 weiteren Autor:innen. Die Arbeit nennt 10 Literaturangaben.
Abstract (Originalsprache)
Tədqiqat xüsusi təyinatlı obyektlərin fiziki mühafizəsində zaman əsaslı funksional yetərlilik şərtinin nəzəri və metodoloji əsaslandırılmasına həsr edilmişdir. İşin aktuallığı müasir təhlükə mühitində pozucuların adaptiv və məqsədyönlü davranışı, normativ uyğunluğun əməli nəticəliliyi tam təmin etməməsi, eləcə də çoxsəviyyəli fiziki mühafizə sistemlərində zaman uyğunsuzluğunun riskin reallaşmasına birbaşa təsir göstərməsi ilə izah olunur. Məqalədə yetərlilik şərti təhlükənin hücum müddəti ilə cavabvermə zəncirinin ümumi müddətinin müqayisəsinə söykənən minimal təhlükəsizlik tələbi kimi təqdim edilir və bu məntiqin çoxsəviyyəli quruluş daxilində necə saxlanılmalı olduğu ardıcıl şəkildə açıqlanır. Təhlildə aşkarlanma, siqnalın təsdiqi, qərarvermə, qüvvələrin səfərbərliyi, hərəkət və müdaxilə mərhələləri vahid zaman zənciri kimi götürülür, gecikdirmə resurslarının isə müstəqil məqsəd deyil, cavabvermə üçün tələb olunan zaman ehtiyatını yaradan funksional mexanizm olduğu əsaslandırılır. Tədqiqat çərçivəsində zəif həlqə anlayışı zaman parametrləri ilə əlaqələndirilir və zəifliyin təkcə fiziki baryerlərdə deyil, çox vaxt təsdiqləmə, qərarvermə və rabitə mərhələlərində formalaşdığı göstərilir. Metodoloji nəticə kimi səviyyələr üzrə zaman balansının qurulması, ssenari əsaslı qiymətləndirmə, ölçülə bilən əsas funksional göstəricilər əsasında yoxlama mexanizmi və davamlı təkmilləşdirmə dövrünün təşkili təklif olunur. Praktiki əhəmiyyəti layihələndirmə və qiymətləndirmə mərhələlərində qərarların şəffaf əsaslandırılmasına, resurs bölgüsünün rasionallaşdırılmasına və real əməli şəraitdə yetərliliyin qorunmasına imkan verən tətbiq oluna bilən çərçivənin formalaşdırılmasıdır.
Zitieren
APA
AXUNDOV, R., & RÜSTƏMLİ, B. (2026). XÜSUSİ TƏYİNATLI OBYEKTLƏRİN FİZİKİ MÜHAFİZƏSİNDƏ ZAMAN ƏSASLI FUNKSİONAL YETƏRLİLİK ŞƏRTİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 79. https://doi.org/10.64400/ea26-02-11
Vancouver
AXUNDOV R, RÜSTƏMLİ B. XÜSUSİ TƏYİNATLI OBYEKTLƏRİN FİZİKİ MÜHAFİZƏSİNDƏ ZAMAN ƏSASLI FUNKSİONAL YETƏRLİLİK ŞƏRTİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:79. doi:10.64400/ea26-02-11
BibTeX
@article{AXUNDOV2026,
author = {AXUNDOV, Ramil and RÜSTƏMLİ, Banu},
title = {XÜSUSİ TƏYİNATLI OBYEKTLƏRİN FİZİKİ MÜHAFİZƏSİNDƏ ZAMAN ƏSASLI FUNKSİONAL YETƏRLİLİK ŞƏRTİ},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {79},
doi = {10.64400/ea26-02-11}
}
EUVIMED