TÜKƏNMİŞLİK SİNDROMUNUN NƏZƏRİ TƏHLİLİ VƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ AKADEMİK HEYƏTƏ TƏSİRİ
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 60
DOI: 10.64400/ea26-02-09 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Günay İMANQULİYEVA. Die Arbeit nennt 23 Literaturangaben.
Abstract (Originalsprache)
Hazırda ali təhsil müəssisələrində çalışan müəllim və akademik işçilərin işi təkcə dərs deməklə bitmir. Onlar həm də elmi məqalələr yazır, tədqiqatlar aparır, müxtəlif hesabatlar hazırlayır və əlavə olaraq inzibati işləri yerinə yetirirlər. Bu qədər müxtəlif işlərin eyni vaxtda görülməsi onların üzərində böyük iş yükü yaradır və zamanla yorğunluğa və stressə səbəb olur. Bu məqalə ali təhsil müəssisələrində fəaliyyət göstərən akademik heyət arasında tükənmişlik sindromunun yaranma səbəblərini və onun iş fəaliyyətinə təsirlərini araşdırır. Tükənmişlik əsasən üç formada özünü göstərir: emosional yorğunluq, işə qarşı laqeyd münasibət və işdən əvvəlki kimi məmnun olmamaq. Bu hallar elmi araşdırmalar əsasında izah edilir və Azərbaycandakı universitetlərdə müəllimlərin üzləşdiyi əsas problemlər də nəzərə alınır. Məsələn, dərs saatlarının çox olması, tədqiqat üçün imkanların azlığı, kifayət qədər dəstəyin olmaması və iş tələblərinin getdikcə artması onların işini daha da çətinləşdirir. Araşdırmalar göstərir ki, bu vəziyyət müəllimlərin motivasiyasını azaldır, onların psixoloji vəziyyətinə mənfi təsir edir və işdən məmnunluğunu aşağı salır. Nəticədə həm müəllimlər, həm də ümumi təhsil keyfiyyəti bundan zərər görür. Ona görə də bu mövzuda Azərbaycanda daha çox araşdırmaların aparılmasına ehtiyac var.
Zitieren
APA
İMANQULİYEVA, G. (2026). TÜKƏNMİŞLİK SİNDROMUNUN NƏZƏRİ TƏHLİLİ VƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ AKADEMİK HEYƏTƏ TƏSİRİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 60. https://doi.org/10.64400/ea26-02-09
Vancouver
İMANQULİYEVA G. TÜKƏNMİŞLİK SİNDROMUNUN NƏZƏRİ TƏHLİLİ VƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ AKADEMİK HEYƏTƏ TƏSİRİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:60. doi:10.64400/ea26-02-09
BibTeX
@article{MANQULYEVA2026,
author = {İMANQULİYEVA, Günay},
title = {TÜKƏNMİŞLİK SİNDROMUNUN NƏZƏRİ TƏHLİLİ VƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ AKADEMİK HEYƏTƏ TƏSİRİ},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {60},
doi = {10.64400/ea26-02-09}
}
EUVIMED