MÖVLUD SÜLEYMANLININ “CEVİZ QURDU” ROMANINDA LEKSİK-SEMANTİK VAHİDLƏR
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 36
DOI: 10.64400/ea26-02-06 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Ülviyyə İBRAHİMOVA. Die Arbeit nennt 9 Literaturangaben.
Abstract (Originalsprache)
Mövlud Süleymanlının bütün yaradıcılığı boyunca leksik-semantik söz qruplarının istifadəsi ilə Azərbaycan ədəbi dilinin ifadə imkanlarının zənginliyi müşahidə edilir. Müəllif dil vahidlərini bir araya gətirməklə onların məna sərhədlərini aşır və bədii üsluba emosional, ekspressiv və məna dərinliyi qazandırır. Onun sinonim, antonim, omonim və çoxmənalı sözlərlərlə zəngin ədəbi dili təkcə estetikliyi ilə seçilmir, həm də müəllifin obrazlara, əsərdə baş verən hadisələrə və obrazlar vasitəsilə insanın daxili dünyasına baxışını şərtləndirir. Məqalədə Mövlud Süleymanlının “Ceviz Qurdu” romanının leksik-semantik xüsusiyyətləri araşdırılır. Tədqiqatda əsərin dilində işlədilən sinonim, antonim, omonim və çoxmənalı sözlər seçilərək onların semantik funksiyaları təhlil olunur. Tədqiqata cəlb edilən sinonim lesik-semantik vahidlər əlamət, hal-vəziyyət, məfhum, məkan, hərəkət; eləcə də antonim vahidlər şəxs-əlamət, hal-vəziyyət, məfhum, məkan, hərəkət kimi müxtəlif semantik qruplar üzrə sistemləşdirilmişdir. Araşdırma göstərir ki, müəllif dilin ifadə imkanlarından istifadə edərək obrazların daxili dünyasını, psixoloji vəziyyətini və mühit təsvirlərini daha təsirli şəkildə təqdim edir. Nəticədə əsərin bədii-estetik dəyərinin formalaşmasında leksik-semantik vasitələrin mühüm rolu olduğu müəyyən edilir.
Zitieren
APA
İBRAHİMOVA, Ü. (2026). MÖVLUD SÜLEYMANLININ “CEVİZ QURDU” ROMANINDA LEKSİK-SEMANTİK VAHİDLƏR. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 36. https://doi.org/10.64400/ea26-02-06
Vancouver
İBRAHİMOVA Ü. MÖVLUD SÜLEYMANLININ “CEVİZ QURDU” ROMANINDA LEKSİK-SEMANTİK VAHİDLƏR. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:36. doi:10.64400/ea26-02-06
BibTeX
@article{BRAHMOVA2026,
author = {İBRAHİMOVA, Ülviyyə},
title = {MÖVLUD SÜLEYMANLININ “CEVİZ QURDU” ROMANINDA LEKSİK-SEMANTİK VAHİDLƏR},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {36},
doi = {10.64400/ea26-02-06}
}
EUVIMED