MİFOLOJİ DÜŞÜNCƏNİN ƏDƏBİYYATA ESTETİK TRANSFORMASİYASI
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 31
DOI: 10.64400/ea26-02-05 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Fidan İBİŞLİ. Die Arbeit nennt 10 Literaturangaben.
Abstract (Originalsprache)
Mifoloji düşüncə bəşəriyyətin ilkin dünyagörüş forması kimi ədəbiyyatın yaranması və inkişafında mühüm rol oynamışdır. Müasir humanitar elmlərdə mif və ədəbiyyat münasibətlərinin yenidən nəzərdən keçirilməsi bu sahədə nəzəri araşdırmaların aktuallığını artırmışdır. Tədqiqatın əsas məqsədi mifoloji düşüncənin ədəbi mətndə keçirdiyi funksional, semantik və estetik transformasiyanı müəyyənləşdirmək, onun müasir ədəbi diskursdakı rolunu sistemli şəkildə təhlil etməkdir. Araşdırma zamanı müqayisəli-tipoloji analiz, struktur-semantik təhlil və intertekstual yanaşma metodlarından istifadə olunmuşdur. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, mif ədəbiyyatda yalnız süjet, motiv və obraz mənbəyi kimi deyil, həm də mətnin dərin strukturunu formalaşdıran arxetipik model və mənayaratma mexanizmi kimi çıxış edir. Klassik ədəbiyyatda mif daha çox sakral və simvolik funksiya daşıdığı halda, postmodern ədəbiyyatda dekonstruktiv və ironik kontekst qazanır. Bununla belə, hər iki mərhələdə mif mədəni yaddaşın qorunması və yenidən interpretasiyası vasitəsi kimi ortaya çıxır. Eyni zamanda, mifoloji strukturların yenidən işlənməsi ədəbi mətndə zaman və məkan kateqoriyalarının şərti xarakterini üzə çıxarır. Bu isə müəllifin fərdi poetikasının formalaşmasına və oxucu ilə yeni semantik münasibətin qurulmasına şərait yaradır. Nəticə etibarilə mifoloji düşüncə ədəbi mətndə transformasiya olunaraq yeni estetik keyfiyyətlər qazanır və müəllif interpretasiyası vasitəsilə çoxqatlı semantik sistem formalaşdırır.
Zitieren
APA
İBİŞLİ, F. (2026). MİFOLOJİ DÜŞÜNCƏNİN ƏDƏBİYYATA ESTETİK TRANSFORMASİYASI. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 31. https://doi.org/10.64400/ea26-02-05
Vancouver
İBİŞLİ F. MİFOLOJİ DÜŞÜNCƏNİN ƏDƏBİYYATA ESTETİK TRANSFORMASİYASI. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:31. doi:10.64400/ea26-02-05
BibTeX
@article{BL2026,
author = {İBİŞLİ, Fidan},
title = {MİFOLOJİ DÜŞÜNCƏNİN ƏDƏBİYYATA ESTETİK TRANSFORMASİYASI},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {31},
doi = {10.64400/ea26-02-05}
}
EUVIMED