ORDUBAD ŞƏHƏRİNDƏ ORTA ƏSR TƏHSİL MÜƏSSİSƏSİ – MƏDRƏSƏ
NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS · 29.06.2026 · 5
DOI: 10.64400/ea26-02-01 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, online erschienen am 25.06.2026. Verfasst von Hacıfəxrəddin SƏFƏRLİ und 1 weiteren Autor:innen. Die Arbeit nennt 8 Literaturangaben.
Abstract (Originalsprache)
Məqalədə Orta əsrlər zamanı Ordubad şəhərində fəaliyyət göstərən mədrəsədən bəhs edilir. Qeyd olunur ki, mədrəsə Ordubad şəhərinin mərkzində yerləşən Came məscidinin yaxınlığında, təxminən 100 metr şimalda inşa edilmişdir. Mədrəsə Came məscidinin və özünün vəqfləri hesabına fəaliyyət göstərmişdir. Mədrəsənin tarixi haqqında onun qərbdən giriş qapısının baş tərəfində kaşı üzərində sarı rənglə fars dilində yazılmış kitabə məlumat verir. Kitabənin mətnindən aydın olur ki, onun əsası 1714-cü ildə qoyulmuşdur. Həmçinin kitabədə mədrəsəni tikdirən və tikintini aparan şəxslər haqqında da məlumat verilmişdir. Bu məlumat təsdiq edir ki, Azərbaycan Səfəvi dövlətinin hökmdarları və yüksək vəzifəli məmurları bu təhsil müəssisəsinə qayğı ilə yanaşmışlar. Bu kitabədən bir qədər yuxarıda, giriş qapısının çatma hissəsində cızma üsulu ilə baçqa bir kitabə vardır. Kitabənin məlumatından aydın olur ki, məscid 1915-ci ildə Hacı Mirzə Lütfulla tərəfindən təmir etdirilmişdir. Həmçinin məqalədə Orta əsr mənbələri və arxiv materialları əsasında mədrəsənin fəaliyyəti və vəqfləri haqqında məlumat verilir. Yekun olaraq belə bir nəticəyə gəlinir ki, Ordubad şəhər mədrəsəsi Azərbaycanın inkişaf etmiş təhsil müəssisələrindən biri olmuşdur. 1920-ci ildə sovet hakimiyyətinin qurulması ilə mədrəsə fəaliyyətini dayandırmışdır.
Zitieren
APA
SƏFƏRLİ, H., & EYLAZOV, F. (2026). ORDUBAD ŞƏHƏRİNDƏ ORTA ƏSR TƏHSİL MÜƏSSİSƏSİ – MƏDRƏSƏ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 5. https://doi.org/10.64400/ea26-02-01
Vancouver
SƏFƏRLİ H, EYLAZOV F. ORDUBAD ŞƏHƏRİNDƏ ORTA ƏSR TƏHSİL MÜƏSSİSƏSİ – MƏDRƏSƏ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS. 2026:5. doi:10.64400/ea26-02-01
BibTeX
@article{SFRL2026,
author = {SƏFƏRLİ, Hacıfəxrəddin and EYLAZOV, Fəxrəddin},
title = {ORDUBAD ŞƏHƏRİNDƏ ORTA ƏSR TƏHSİL MÜƏSSİSƏSİ – MƏDRƏSƏ},
journal = {NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS},
year = {2026},
pages = {5},
doi = {10.64400/ea26-02-01}
}
EUVIMED