EUVIMEDEUVIMED entdecken
Crossref

Ritual Cuisine of Western Azerbaijan: Transformations in the Context of Traditions and Modern Conditions

Aynur Huseynova

Filologiya məsələləri Journal of Philological Issues · 2026 · (5) · 395

DOI: 10.62837/2026.5.395 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift Filologiya məsələləri Journal of Philological Issues, 2026. Verfasst von Aynur Huseynova.

AbstractBibliografische AngabenZitierenVerwandte Studien

Abstract (Originalsprache)

Mətbəx mədəniyyəti hər bir xalqın tarixi inkişaf yolunu, sosial münasibətlər sistemini və dünyagörüşünü əks etdirən mühüm mədəni fenomendir.Bu baxımdan mətbəx mədəniyyəti həm maddi, həm də mənəvi irsin ayrılmaz komponenti kimi çıxış edir.Azərbaycan milli mətbəxinin tarixi Azərbaycan xalqının tarixi kimi keçmişə dayanır.Qərbi Azərbaycan mətbəxi də bütöv Azərbaycan mətbəxinin bir hissəsi olmaqla yanaşı, özündə kollektiv, sosial, tarixi yaddaşı, etnik özünüdərki, etnik kimliyin ifadəsini əks etirir.Bu mətbəx zəngin yemək çeşidləri ilə deyil, eyni zamanda hazırlanma texnologiyalarının arxaik qatları, mərasim-semantik məzmunu və folklor təfəkkürü ilə səciyyələnir.Qərbi Azərbaycan mətbəxi xalqın identikliyini qoruyan və əsrlər boyu nəsildən-nəslə ötürülən qədim köklərə malik zəngin mətbəx irsidir.Ermənilərin etnik təmizləmə siyasəti dədə-baba torpaqlarını məcburi tərk edən Qərbi Azərbaycan əhalisinin folklor ənənələrinə, mərasim folkloruna, mətbəxinə təsirsiz ötüşmədi.Müasir dövrdə baş verən sosial-iqtisadi transformasiyalar da Qərbi Azərbaycan mərasim mətbəxinin strukturunda və semantik məzmununda müəyyən dəyişikliklərə səbəb oldu.Buna baxmayaraq, zorla öz yer-yurdlarından, torpaqlarından qovulan Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan Qərbi Azərbaycan əhalisi əsrlərdən formalaşan ənənələrini, folklorunu, mətbəxini, məişət həyatlarını yaşadıqları ərazidə qorumağa çalışdılar.Qərbi Azərbaycanın folklor mühiti hər zaman mərasim ənənələrinin zənginliyi ilə diqqəti cəlb edib.Qərbi Azərbaycan bölgələrində öz zənginliyi, adətənənələrin, müqəddəs dəyərlərin qorunduğu mərasimlərdən biri də toy mərasimidir.Qərbi Azərbaycanda toy mərasimi Azərbaycan mədəniyyətinin tərkib hissəsi olmaqla özündə bir sıra adətləri əks etdirir.Bura elçilik, həri, nişan, xınayaxdı, toy və s. daxildir.Qərbi Azərbaycanın Dərələyəz mahalının Cevizvəng kənd sakini Ələkbərova Safurə qeyd edir ki, Dərələyəz mahalı Cevizvəng kəndində toylar 3 gün 3 gecə davam edirdi.Birinci gün yaxın kəndlərin qonaqları, ikinci gün isə digər kəndlərin qonaqları toya dəvət olunurdu.Toyun ikinci günü gəlinə xına aparılar, üçüncü gün günün ikinci yarısından sonra gəlin bəy evinə gətirilər, bəyvə gecəsi və bəyin oğurlanması adəti icra olunardı.Bəyvə gecəsi hərənin bir vəzifəsi olurdu.

Zitieren

APA

Huseynova, A. (2026). Ritual Cuisine of Western Azerbaijan: Transformations in the Context of Traditions and Modern Conditions. Filologiya məsələləri Journal of Philological Issues, 395. https://doi.org/10.62837/2026.5.395

Vancouver

Huseynova A. Ritual Cuisine of Western Azerbaijan: Transformations in the Context of Traditions and Modern Conditions. Filologiya məsələləri Journal of Philological Issues. 2026:395. doi:10.62837/2026.5.395

BibTeX
@article{Huseynova2026,
  author = {Huseynova, Aynur},
  title = {Ritual Cuisine of Western Azerbaijan: Transformations in the Context of Traditions and Modern Conditions},
  journal = {Filologiya məsələləri Journal of Philological Issues},
  year = {2026},
  number = {5},
  pages = {395},
  doi = {10.62837/2026.5.395}
}
Kostenlos starten →