The role of figurative language in news texts in English and Azerbaijani
Researches · 2025 · (04) · 95
DOI: 10.59849/2311-8482.2025.4.95 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift Researches, 2025. Verfasst von Sevinj Fataliyeva.
Abstract (Originalsprache)
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏKİ XƏBƏR MƏTNLƏRİNDƏ MƏCAZ DİLİNİN ROLUMəqalə ingilis və Azərbaycan dillərindəki xəbər mətnlərində məcaz dilinə aid müxtəlif vasitələrin tədqiqinə həsr olunub.Bu məqsədlə Böyük Britaniyanın "Reuters" və Azərbaycanın "Azərtac "və "Qafqazinfo" xəbər agentliklərinin buraxdıqları xəbər materiallarından istifadə olunub.Qeyd edilən xəbər agentliklərinin jurnalistlərinin müəllifləri olduqları xəbər mətnlərində metafor, metonimiya və digər məcazların işlənmə xüsusiyyətlərinin həmin xəbər agentliklərinin fəaliyyət üsullarına uyğunlaşdırılması məsələsi məqalədə xüsusi olaraq nəzərə çatdırılır.Xəbərlər agentliklərinin əsas prinsiplərindən çıxış edəndə məlum olur ki, metonimiyaların metaforalarla müqayisədə burada işlənilmə tezliyi daha çoxdur.Digər tərəfdən, hiperbola və meyozislərin xəbər mətnlərində yer ala bilməsi ehtimalı da metonimiyalar qədər deyil.Çünki bu məcaz növlərində dəyərləndirmə xüsusiyyətləri vardır ki, bu da onların yüksək səviyyədə işlənməsini məhdudlaşdırır.İroniyaya gəldikdə isə qeyd olunan xəbərlər proqramı prinsipləri ilə uyğunlaşmır.Açar sözlər: Xəbər mətnləri, "Reuters", Azərtac" ,"Qafqazinfo", metafor, metonimiya . GirişMüasir dünyanı burada baş verən hadisələrlə tanış edən "xəbər" mətnlərindən kənar təsəvvür etmək mümkün deyil.Dünyanın iqtisadi, siyasi, idman, mədəni və s hadisələri əsasən "xəbər" agentlikəri vasitəsi ilə yayımlanır.Onların meydana gəlməsi praktik olaraq bəşəriyyətin vaxtlı vaxtında dünya hadisələri ilə tanış olmaq imkanını yaradır.Dünyanın elə xəbər agentlikləri vardır ki, onlar bu sahədə jurnalistika məktəbi kimi tanınır və onların təcrübəsindən istifadə olunur."Reuters" xəbər agentliyi buna nümunə ola bilər.Tarix daim inkişaf edir, tarix səhnəsinə yeni siyasi subyektlər gəlir; onlar dövlət quruculuğunda" xəbər" "kontekstində informasiyalar alır və ya yayımlayırlar.Bunun nəticəsində xəbər agentliyi ya davam edir və ya yeniləri yaranır; yeni adlar altında fəaliyyət göstərir.Buna görə xəbər agentliyinin bütün cəmiyyətlərdəakti rolu vardır.Bu agentliklər təbii formada siyasi subyektləri informasiya cəhətdən yaxınlaşdırır və əməkdaşlıq etməyə yönəldir.Belə xəbər agentliklərindən biri kimi Reuters-i nəzərdən keçirək.Bu xəbər agentliyi ingilis dilindən əlavə, 11 yerli dildə fəaliyyət göstərir.Onun ciddi Etibar Prinsiplərinə əsaslanaraq faktiki, qərəzsiz xəbərlərə sadiq olması kimi dil prinsipləri vardır,eləcə də siyasəti dəqiqliyi, tarazlığı və şəffaflığı təmin etmək üçün hazırlanmış dil xüsusiyyətlərinə malikdir.Bu agentlik cəımiyyətdə yüksək mövqe tutmuş və siyasi və maliyyə aləmində ən etibarklı informasiya mənbələrindən biridir .Ona görə də Qibson R. bu barədə yazır: " Reuters yüksək gəlirli yeganə xəbər agentliyi olması ilə unikaldır.Tarix boyu agentliyə əsasən pul qazanmaq perspektivindən baxılıb.Beləliklə, agentliyin Axendəki Julius Reuter ofisindən bugünkü Reuters məhsullarına qədər fəaliyyəti həmişə iqtisadi fayda gətirib.Bu gün Reuters ənənəvi xəbər agentliyi diqqətindən imtina edərək hibrid xəbər agentliyinə və əsas diler mərkəzinə çevrilib və müştərilərə yalnız iqtisadi məlumatlarla deyil, həm də geniş maliyyə xidmətləri təqdim edir.Avropanın 500 ən böyük şirkətindən biri olan Reuters, 1994-cü ildə bazar kapitallaşması üzrə United (335-ci), Daily Mail (339-cu) və Pearson (130-cu) şirkətlərindən geri qalaraq 46-cı yerdə qərarlaşıb" [4, s. 100].Bu proqramın əsas xüsusiyyətlərindən biri kimi jurnalistlər "xəbər"ə şəxsi fikirlərini, qərəz və emosiyalarını dilə yeritməkdən çəkinirlər.Onlar qlobal auditoriyanın diqqətini cəlb etmək üçün ingilis dilində sadə, hamının başa düşdüyü dildən istifadə edirlər.Reuters nəşrləri yüksək dərəcədə standartlaşdırmadan istifadə edir, təhkiyələr və platformalar arasında ardıcıllığı təmin etmək üçün mövcud jurnalist klişelərindən və terminologiyasından istifadə edirlər.Yazı mənbələrinin dürüstlüyü yoxlanılır,dil məlumatının haradan qaynaqlandığı aydın və dəqiq şəkildə ifadə olunur.Bu xəbərlər proqramında sitatlar müqəddəs hesab olunur və dəyişdirilməməli, yalnız mənasını dəyişdirmədən qısaldılmış ola bilər.
Zitieren
APA
Fataliyeva, S. (2025). The role of figurative language in news texts in English and Azerbaijani. Researches, 95. https://doi.org/10.59849/2311-8482.2025.4.95
Vancouver
Fataliyeva S. The role of figurative language in news texts in English and Azerbaijani. Researches. 2025:95. doi:10.59849/2311-8482.2025.4.95
BibTeX
@article{Fataliyeva2025,
author = {Fataliyeva, Sevinj},
title = {The role of figurative language in news texts in English and Azerbaijani},
journal = {Researches},
year = {2025},
number = {04},
pages = {95},
doi = {10.59849/2311-8482.2025.4.95}
}
EUVIMED