Tribologiya, Süni İntellekt, Maşın öyrənməsi: Çoxelementli qarşılıqlı əlaqə (icmal)
Herald of Azerbaijan Engineering Academy · 24.06.2026 · 18 (2) · 7-20
DOI: 10.52171/herald.416 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift Herald of Azerbaijan Engineering Academy, online erschienen am 24.06.2026. Verfasst von Ə.X. Canəhmədov und 2 weiteren Autor:innen. Der Volltext ist frei zugänglich (Open Access, CC BY-NC 4.0).
Abstract (Originalsprache)
Məqalədə icmal təhlil aparılıb, süni intellektin tətbiqi və inkişafı ilə əlaqədar tribologiya sahəsində bu prosesin sxemi işlənib və onun əsasında sistemli yanaşma aparılıb, tribologiyanın əsas xüsusiyyətlərinin müxtəlif elmi sahələr arasında mövcud olan qarşılıqlı əlaqə olduğu aydın şəkildə göstərilib. Aparılan təhlil tribologiyanın yalnız mexaniki sistem kimi mürəkkəbliyini deyil, həm də onun öyrənilməsi üçün tələb olunan səylərin qaçılmaz olaraq fənlərarası xarakter daşıdığını göstərir. Araşdırmalar göstərdi ki, tribologiyada tərəqqi getdikcə daha çox süni intellekt konsepsiyasının inkişafı, maşın öyrənməsi, triboinformatika və “yaşıl” tribologiyanın inkişafı ilə əlaqələndirilir. Məqalədə bu baxımdan, gələcəyin triboloqlarının diqqətini yeni nəsil informasiya və kommunikasiya texnologiyaları çərçivəsində maşınşünaslıq, fizika və materialşünaslıq kimi elmi istiqamətlərin inkişafına yönəltmək qeyd edilmişdir. Süni intellekt (AI) yüksək maşın öyrənmə (ML) qabiliyyətinə və triboinformatikanın sürətli işləmə imkanlarına malik olduğuna görə tədqiqatçılara subyektiv məlumatlardan qiymətli nümunələri, tendensiyaları və əlaqələri sürətlə aşkar etməyə kömək edə bilər. Triboloji davranışların sistemdən asılı olması, zamanla dəyişməsi çoxsahəli qarşılıqlı təsirlərlə xarakterizə olunur. Sürtünmə prosesi mexanika, termologiya, elektrik, optika, maqnetizm və digər müxtəlif hadisələri əhatə edir. Buna görə də triboloji məlumatlar çoxelementli qarşılıqlı əlaqədə olub, çoxsahəlilik, çoxsəviyyəlilik və çoxmiqyaslılıq kimi fərqli xüsusiyyətlərə malikdir və bu səbəbdən tribologiyada süni intellektin tətbiqinə ehtiyac var. Tribologiya ilə informatikanın birləşməsindən yaranan yeni fənlərarası sahə olan “triboinformatika”nın meydana çıxmasını nəzərə alaraq, bu icmal “tribologiya üçün süni intellekt” istiqamətinin gələcək inkişaf istiqamətlərini və tədqiqat çərçivəsini genişləndirir. Geniş araşdırmaların nəticəsində tribologiya sahəsində süni intellektin, maşın öyrənməsinin tətbiqi və inkişafı üçün elmi əsaslandırılmış yeni yol xəritəsi (sxemi) işlənib, sistemli anlayış formalaşdırılaraq, tribologiyada problemlərin həllinin səmərəliliyinin artırılması tövsiyə olunur. Belə yanaşma triboinformatika üsullarına triboloji davranışın vəziyyətinin monitorinqi, davranışın proqnozlaşdırılması və sistemin optimallaşdırılması kimi ümumi problemlərin həllinə imkan verəcəkdir.
Zitieren
APA
Canəhmədov, Ə., Cavadov, M., & Süleymanova, P. (2026). Tribologiya, Süni İntellekt, Maşın öyrənməsi: Çoxelementli qarşılıqlı əlaqə (icmal). Herald of Azerbaijan Engineering Academy, 18(2), 7-20. https://doi.org/10.52171/herald.416
Vancouver
Canəhmədov Ə, Cavadov M, Süleymanova P. Tribologiya, Süni İntellekt, Maşın öyrənməsi: Çoxelementli qarşılıqlı əlaqə (icmal). Herald of Azerbaijan Engineering Academy. 2026;18(2):7-20. doi:10.52171/herald.416
BibTeX
@article{Canhmdov2026,
author = {Canəhmədov, Ə.X. and Cavadov, M.Y. and Süleymanova, P.A.},
title = {Tribologiya, Süni İntellekt, Maşın öyrənməsi: Çoxelementli qarşılıqlı əlaqə (icmal)},
journal = {Herald of Azerbaijan Engineering Academy},
year = {2026},
volume = {18},
number = {2},
pages = {7--20},
doi = {10.52171/herald.416}
}
EUVIMED