Paylayıcı valın sökülə bilən yumrucuğunun etibarlılığ göstəricilərinin hesablanmasının riyazi modelinin işlənilməsi.
Herald of Azerbaijan Engineering Academy · 24.06.2026 · 18 (2) · 21-30
DOI: 10.52171/herald.375 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift Herald of Azerbaijan Engineering Academy, online erschienen am 24.06.2026. Verfasst von Ə.G. Hüseynov und 3 weiteren Autor:innen. Der Volltext ist frei zugänglich (Open Access, CC BY-NC 4.0).
Abstract (Originalsprache)
Məqalədə daxiliyanma mühərriklərində tətbiq olunan paylayıcı valın yumrucuğunun təmirəqədərki resursunun etibarlılıq göstəriciləri riyazi-statistik analiz metodları əsasında qiymətləndirilmişdir. Tədqiqat 50 ədəd paylayıcı val nümunəsi üzrə yumrucuğun hündürlük ölçmələrinin nəticələrinə əsaslanır. İlkin məlumatlar əsasında statistik sıra tərtib edilmiş, intervalların optimal sayı və uzunluğu müəyyən olunmuşdur. Təcrübi tezliklər və ehtimallar hesablanmış, etibarlıq göstəricisinin orta qiyməti və orta kvadratik sapması təyin edilmişdir. Məlumatın etibarlılığının yoxlanması məqsədilə düşən nöqtələrin mövcudluğu həm qaydasına, həm də İrvin meyarına əsasən təhlil edilmişdir. Aparılmış hesablamalar nəticəsində bütün ölçmə nəticələrinin həqiqi olduğu və statistik emal üçün yararlı hesab edildiyi müəyyən edilmişdir. Statistik sıra üzrə etibarlıq göstəricisinin təcrübi paylanması histoqram, paylanma poliqonu və cəmlənmiş təcrübi ehtimallar əyrisi vasitəsilə qrafik şəkildə təsvir edilmişdir. Qrafik təhlil verilmiş hündürlük qiymətinə qədər təmir tələb edən paylayıcı valların nisbi və fiziki sayının operativ müəyyən edilməsinə imkan vermişdir. Bundan əlavə, etibarlıq göstəricisinin yayılmasını xarakterizə edən variasiya əmsalı hesablanmış və onun ədədi qiyməti əsasında təmirəqədərki resursun nəzəri paylanma qanununun seçilməsinin məqsədəuyğunluğu əsaslandırılmışdır. Alınmış nəticələr paylayıcı valın istismar resursunun proqnozlaşdırılması, texniki xidmət intervallarının optimallaşdırılması və mühərriklərin etibarlılığının artırılması baxımından mühüm elmi və praktiki əhəmiyyətə malikdir.
Zitieren
APA
Hüseynov, Ə., Kərimov, A., Hüseynzadə, M., & Mirzəzadə, N. (2026). Paylayıcı valın sökülə bilən yumrucuğunun etibarlılığ göstəricilərinin hesablanmasının riyazi modelinin işlənilməsi. Herald of Azerbaijan Engineering Academy, 18(2), 21-30. https://doi.org/10.52171/herald.375
Vancouver
Hüseynov Ə, Kərimov A, Hüseynzadə M, Mirzəzadə N. Paylayıcı valın sökülə bilən yumrucuğunun etibarlılığ göstəricilərinin hesablanmasının riyazi modelinin işlənilməsi. Herald of Azerbaijan Engineering Academy. 2026;18(2):21-30. doi:10.52171/herald.375
BibTeX
@article{Hseynov2026,
author = {Hüseynov, Ə.G. and Kərimov, A.F. and Hüseynzadə, M.B. and Mirzəzadə, N.M.},
title = {Paylayıcı valın sökülə bilən yumrucuğunun etibarlılığ göstəricilərinin hesablanmasının riyazi modelinin işlənilməsi},
journal = {Herald of Azerbaijan Engineering Academy},
year = {2026},
volume = {18},
number = {2},
pages = {21--30},
doi = {10.52171/herald.375}
}
EUVIMED