EUVIMEDEUVIMED entdecken
Crossref

Modern İpək Yolu Layihəsində Türk Dövlətlərinin Tranzit Təhlükəsizliyi Siyasəti: Geoiqtisadi Rəqabət və Regional Dayanıqlılıq

Akademik Tarih ve Dusunce Dergisi · 25.10.2026 · 13 (5) · 1-13

DOI: 10.46868/atdd.2026.1258 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift Akademik Tarih ve Dusunce Dergisi, erschienen am 25.10.2026.

AbstractBibliografische AngabenZitierenVerwandte Studien

Abstract (Originalsprache)

Məqalənin məqsədi “Modern İpək Yolu” layihəsi çərçivəsində Türk dövlətlərinin tranzit təhlükəsizliyi siyasətini təhlil etmək və bu prosesi artan geoiqtisadi rəqabət və regional dayanıqlılıq kontekstində qiymətləndirməkdir. Tədqiqatda Avrasiyada nəqliyyat dəhlizlərinin transformasiyası, böyük güclər arasında rəqabətin dərinləşməsi, tədarük zəncirlərinin diversifikasiyası və regional təhlükəsizlik çağırışlarının tranzit siyasətinə təsiri araşdırılır. Metodoloji baxımdan müqayisəli təhlil, sistemli yanaşma və geoiqtisadi analiz metodlarından istifadə olunmuşdur. Araşdırma nəticəsində müəyyən edilir ki, Türk dövlətlərinin tranzit təhlükəsizliyi siyasəti klassik nəqliyyat idarəçiliyindən daha geniş məzmun kəsb edərək enerji təhlükəsizliyi, rəqəmsal logistika, sərhəd idarəçiliyi və institusional koordinasiya kimi çoxsəviyyəli mexanizmləri əhatə edir. Xüsusilə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Türk dövlətlərinin regional inteqrasiyasında əsas geoiqtisadi sütun kimi çıxış edir və Avrasiyada alternativ ticarət axınlarının formalaşmasına şərait yaradır. Məqalənin elmi yeniliyi tranzit təhlükəsizliyi anlayışının geoiqtisadi rəqabət və regional dayanıqlılıqla əlaqəli olaraq kompleks şəkildə təhlil edilməsindən ibarətdir. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiya mexanizmlərinin tranzit risklərinin azaldılmasında rolu sistemli şəkildə əsaslandırılır. Nəticə olaraq göstərilir ki, Türk dövlətləri tranzit təhlükəsizliyi siyasəti vasitəsilə yalnız iqtisadi inteqrasiyanı deyil, həm də Avrasiyada yeni regional dayanıqlılıq modelinin formalaşmasını təmin edən strateji aktorlar kimi çıxış edirlər.

Zitieren

APA

(2026). Modern İpək Yolu Layihəsində Türk Dövlətlərinin Tranzit Təhlükəsizliyi Siyasəti: Geoiqtisadi Rəqabət və Regional Dayanıqlılıq. Akademik Tarih ve Dusunce Dergisi, 13(5), 1-13. https://doi.org/10.46868/atdd.2026.1258

Vancouver

Modern İpək Yolu Layihəsində Türk Dövlətlərinin Tranzit Təhlükəsizliyi Siyasəti: Geoiqtisadi Rəqabət və Regional Dayanıqlılıq. Akademik Tarih ve Dusunce Dergisi. 2026;13(5):1-13. doi:10.46868/atdd.2026.1258

BibTeX
@article{euvimed2026,
  title = {Modern İpək Yolu Layihəsində Türk Dövlətlərinin Tranzit Təhlükəsizliyi Siyasəti: Geoiqtisadi Rəqabət və Regional Dayanıqlılıq},
  journal = {Akademik Tarih ve Dusunce Dergisi},
  year = {2026},
  volume = {13},
  number = {5},
  pages = {1--13},
  doi = {10.46868/atdd.2026.1258}
}
Kostenlos starten →