Azərbaycan qadınlarının Birinci Qurultayı (1921): qadın siyasətinin formalaşması və ideoloji əsasları
Akademik Tarih ve Dusunce Dergisi · 25.06.2026
DOI: 10.46868/atdd.2026.1175 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift Akademik Tarih ve Dusunce Dergisi, online erschienen am 25.06.2026. Verfasst von Ləman Hüseynova.
Abstract (Originalsprache)
XX əsrin 20-ci illərində qadın məsələsi Sovet hakimiyyətinin həyata keçirdiyi sosial transformasiya siyasətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Bu məqalədə 1921-ci ildə keçirilmiş Azərbaycan qadınlarının Birinci Qurultayı arxiv sənədləri, stenoqrafik hesabatlar və dövrün normativ-hüquqi materialları əsasında təhlil edilir. Tədqiqatın məqsədi Azərbaycan qadınlarının Birinci Qurultayının sovet qadın siyasətinin formalaşmasındakı rolunu və onun ideoloji əsaslarını müəyyənləşdirməkdir. Araşdırmada tarixşünaslıq yanaşması çərçivəsində arxiv sənədlərinin müqayisəli və keyfiyyət yönümlü məzmun təhlili aparılmışdır. Təhlil nəticələri göstərir ki, qurultay qadınların savadsızlığının aradan qaldırılması, onların əmək və ictimai həyata cəlb olunması, hüquqi maarifləndirilməsi və təşkilatlanması istiqamətində dövlət siyasətinin formalaşdırıldığı mühüm siyasi platformalardan biri olmuşdur. Bununla yanaşı, arxiv materialları qurultayın Sovet hakimiyyətinin ideoloji prioritetlərinin həyata keçirilməsində mühüm institusional vasitə kimi fəaliyyət göstərdiyini nümayiş etdirir. Qurultayda qadın azadlığı anlayışı əsasən sovet siyasi ideologiyası kontekstində şərh edilmiş, qadınların ictimai fəallığı isə yeni siyasi sistemin legitimləşdirilməsi və möhkəmləndirilməsi ilə əlaqələndirilmişdir. Nəticə etibarilə, Azərbaycan qadınlarının Birinci Qurultayı həm sovet qadın siyasətinin institusionallaşmasına töhfə vermiş, həm də sovetləşmə prosesinin ideoloji və təşkilati mexanizmlərindən biri kimi çıxış etmişdir.
Zitieren
APA
Hüseynova, L. (2026). Azərbaycan qadınlarının Birinci Qurultayı (1921): qadın siyasətinin formalaşması və ideoloji əsasları. Akademik Tarih ve Dusunce Dergisi. https://doi.org/10.46868/atdd.2026.1175
Vancouver
Hüseynova L. Azərbaycan qadınlarının Birinci Qurultayı (1921): qadın siyasətinin formalaşması və ideoloji əsasları. Akademik Tarih ve Dusunce Dergisi. 2026. doi:10.46868/atdd.2026.1175
BibTeX
@article{Hseynova2026,
author = {Hüseynova, Ləman},
title = {Azərbaycan qadınlarının Birinci Qurultayı (1921): qadın siyasətinin formalaşması və ideoloji əsasları},
journal = {Akademik Tarih ve Dusunce Dergisi},
year = {2026},
doi = {10.46868/atdd.2026.1175}
}
EUVIMED