EUVIMEDEUVIMED entdecken
Crossref

Türküstan–Avropa enerji əlaqələrində Cənubi Qafqazın tranzit rolu: çağırışlar və inkişaf perspektivləri

Aygün Miriyeva

Akademik Tarih ve Dusunce Dergisi · 30.06.2026

DOI: 10.46868/atdd.2026.1158 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift Akademik Tarih ve Dusunce Dergisi, online erschienen am 30.06.2026. Verfasst von Aygün Miriyeva.

AbstractBibliografische AngabenZitierenVerwandte Studien

Abstract (Originalsprache)

Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın enerji mənbələrinin şaxələndirilməsi beynəlxalq enerji siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu proses Türküstanın zəngin neft, təbii qaz, uran və bərpa olunan enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılmasında Cənubi Qafqazın tranzit əhəmiyyətini daha da artırmışdır. Azərbaycan və Gürcüstan üzərindən formalaşan enerji və nəqliyyat infrastrukturu regionun Türküstan ilə Avropa arasında mühüm enerji bağlantısı kimi rolunu gücləndirmişdir. Məqalədə Cənubi Qafqazın Türküstan–Avropa enerji əlaqələrində tranzit funksiyası geosiyasi, təhlükəsizlik, infrastruktur, iqtisadi, kibertəhlükəsizlik və ekoloji amillər kontekstində təhlil edilmişdir. Araşdırma göstərir ki, regionun tranzit potensialının səmərəli reallaşdırılması enerji ehtiyatlarının mövcudluğu ilə yanaşı, nəqliyyat infrastrukturunun inkişafı, regional əməkdaşlığın genişləndirilməsi, institusional koordinasiya və dayanıqlı fəaliyyət mühitinin möhkəmləndirilməsi ilə də sıx bağlıdır. Tədqiqatın nəticələri göstərir ki, enerji dəhlizinin uzunmüddətli dayanıqlığının təmin olunması infrastrukturun modernləşdirilməsini, investisiya imkanlarının genişləndirilməsini, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsini və ekoloji davamlılıq prinsiplərinin nəzərə alınmasını tələb edir. Bununla yanaşı, çoxtərəfli əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi və beynəlxalq hüquqi çərçivələrin təkmilləşdirilməsi regionun tranzit imkanlarının daha da möhkəmlənməsinə töhfə verə bilər. Araşdırmada Cənubi Qafqazın Türküstan–Avropa enerji əməkdaşlığındakı strateji tranzit rolu qiymətləndirilir və bu istiqamətdə mövcud çağırışlar ilə inkişaf perspektivləri kompleks yanaşma əsasında təhlil edilir.

Zitieren

APA

Miriyeva, A. (2026). Türküstan–Avropa enerji əlaqələrində Cənubi Qafqazın tranzit rolu: çağırışlar və inkişaf perspektivləri. Akademik Tarih ve Dusunce Dergisi. https://doi.org/10.46868/atdd.2026.1158

Vancouver

Miriyeva A. Türküstan–Avropa enerji əlaqələrində Cənubi Qafqazın tranzit rolu: çağırışlar və inkişaf perspektivləri. Akademik Tarih ve Dusunce Dergisi. 2026. doi:10.46868/atdd.2026.1158

BibTeX
@article{Miriyeva2026,
  author = {Miriyeva, Aygün},
  title = {Türküstan–Avropa enerji əlaqələrində Cənubi Qafqazın tranzit rolu: çağırışlar və inkişaf perspektivləri},
  journal = {Akademik Tarih ve Dusunce Dergisi},
  year = {2026},
  doi = {10.46868/atdd.2026.1158}
}
Kostenlos starten →