EUVIMEDEUVIMED entdecken
Crossref

MƏRKƏZDƏNQAÇMA NASOSLARINDA KAVİTASİYA PROBLEMLƏRİ

Cəlal Babazadə Cəlal Babazadə

ETM Equipment Technologies Materials · 20.05.2026 · 263

DOI: 10.36962/etm36052026-28 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift ETM Equipment Technologies Materials, online erschienen am 20.05.2026. Verfasst von Cəlal Babazadə Cəlal Babazadə.

AbstractBibliografische AngabenZitierenVerwandte Studien

Abstract (Originalsprache)

Bu məqalədə mərkəzdənqaçma nasoslarının sənaye sistemlərində geniş tətbiqi, onların konstruktiv quruluşu, iş prinsipi və istismar xüsusiyyətləri ətraflı şəkildə araşdırılmışdır. Mərkəzdənqaçma nasoslarının mexaniki fırlanma enerjisini hidravlik enerjiye çevirmə mexanizmi izah edilmiş, bu nasosların su təchizatı, neft-qaz, kimya, energetika və digər sahələrdə yüksək məhsuldarlıq və etibarlılıq baxımından üstünlükləri göstərilmişdir. Məqalənin əsas məqsədi mərkəzdənqaçma nasoslarının iş qabiliyyətinə və uzunömürlülüyünə ciddi təsir göstərən kavitasiya hadisəsinin yaranma səbəblərinin təhlili və onun qarşısının alınması yollarının müəyyən edilməsidir. Araşdırmada kavitasiya prosesinin fiziki mahiyyəti – maye axınında təzyiqin doymuş buxar təzyiqindən aşağı düşməsi nəticəsində buxar boşluqlarının yaranması və onların sonradan yüksək təzyiq zonalarında partlaması izah edilmişdir. Bu hadisənin işçi çarxda eroziya, material itkisi, vibrasiya, səs-küy və nasosun məhsuldarlığının azalması kimi mənfi nəticələrə səbəb olduğu müəyyən edilmişdir. Tədqiqat nəticələrinə əsasən, kavitasiya riskinin əsas göstəricisi olan NPSH parametrləri (NPSHa və NPSHr) təhlil edilmiş və nasosun kavitasiyasız işləməsi üçün əsas texniki şərt kimi NPSHa > NPSHr münasibətinin təmin edilməsinin vacibliyi sübut olunmuşdur. Həmçinin nasosun giriş boğazında təzyiqin sabit saxlanılması, düzgün nasos seçimi və istismar parametrlərinin optimallaşdırılması kavitasiya riskinin minimuma endirilməsində əsas amillər kimi müəyyən edilmişdir. Nəticə etibarilə, mərkəzdənqaçma nasoslarının səmərəli, etibarlı və uzunmüddətli istismarının təmin olunması üçün kavitasiyasız iş rejiminin təşkili mühüm elmi-texni Açar sözlər:Mərkəzdənqaçma nasosu, kavitasiya, NPSH, işçi çarx, hidravlik itkilər.ki məsələ kimi qiymətləndirilmişdir.

Zitieren

APA

Babazadə, C. B. C. (2026). MƏRKƏZDƏNQAÇMA NASOSLARINDA KAVİTASİYA PROBLEMLƏRİ. ETM Equipment Technologies Materials, 263. https://doi.org/10.36962/etm36052026-28

Vancouver

Babazadə CBC. MƏRKƏZDƏNQAÇMA NASOSLARINDA KAVİTASİYA PROBLEMLƏRİ. ETM Equipment Technologies Materials. 2026:263. doi:10.36962/etm36052026-28

BibTeX
@article{Babazad2026,
  author = {Babazadə, Cəlal Babazadə Cəlal},
  title = {MƏRKƏZDƏNQAÇMA NASOSLARINDA KAVİTASİYA PROBLEMLƏRİ},
  journal = {ETM Equipment Technologies Materials},
  year = {2026},
  pages = {263},
  doi = {10.36962/etm36052026-28}
}
Kostenlos starten →