EUVIMEDEUVIMED entdecken
Crossref

SU SIZMALARINI AŞKARLAMAQ VƏ QARŞISINI ALMAQ ÜÇÜN IOT VƏ SÜNİ İNTELLEKT ƏSASLI AĞILLI SİSTEM

Vaqif Abbasof Vaqif Abbasof, Aqil Hüseyn Aqil Hüseyn

ETM Equipment Technologies Materials · 20.05.2026 · 157

DOI: 10.36962/etm36052026-18 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift ETM Equipment Technologies Materials, online erschienen am 20.05.2026. Verfasst von Vaqif Abbasof Vaqif Abbasof und 1 weiteren Autor:innen.

AbstractBibliografische AngabenZitierenVerwandte Studien

Abstract (Originalsprache)

Müasir dövrdə su ehtiyatlarının məhdud olması və su paylama sistemlərində baş verən sızmalar ciddi qlobal problemlərdən biri hesab olunur. Boru xətlərində yaranan sızmalar böyük miqdarda su itkisinə, iqtisadi zərərlərə və ekoloji problemlərə səbəb olur. Ənənəvi sızma aşkarlama üsulları isə həm çox vaxt tələb edən, həm də kifayət qədər dəqiq olmayan metodlar kimi qiymətləndirilir. Bu məqalədə IoT (Əşyaların İnterneti) və süni intellekt texnologiyalarına əsaslanan ağıllı su sızması aşkarlama və qarşısının alınması sistemi təqdim olunur. Təklif olunan sistemdə su axını sensoru, torpaq-rütubət sensoru və temperatur-nəmlik sensoru kimi müxtəlif sensorlardan istifadə edilərək real vaxt rejimində məlumatlar toplanır. Toplanan məlumatlar mikroprosessor (ESP32 və ya Raspberry Pi) vasitəsilə emal edilir və maşın öyrənməsi alqoritmləri ilə analiz olunur. Sistem su axınının giriş və çıxış göstəricilərini müqayisə etməklə yanaşı, sensor məlumatlarını kompleks şəkildə qiymətləndirərək sızma hallarını yüksək dəqiqliklə müəyyən edir. Sızma aşkar edildikdə istifadəçiyə mobil tətbiq və ya SMS vasitəsilə bildiriş göndərilir, eyni zamanda buzzer və LED vasitəsilə yerində xəbərdarlıq edilir. Bundan əlavə, sistem avtomatik olaraq su nasosunu söndürərək su itkisinin qarşısını alır. Təklif olunan yanaşma ənənəvi sistemlərlə müqayisədə daha yüksək dəqiqlik, real vaxtda reaksiya və minimum insan müdaxiləsi ilə fərqlənir. Bu sistem su ehtiyatlarının daha səmərəli idarə olunmasına və ağıllı şəhər (smart city) tətbiqlərində istifadəyə böyük potensial yaradır. Açar sözlər: Su sızması aşkarlanması, IoT (əşyaların interneti), süni intellect, maşın öyrənməsi, ağıllı su ehtiyatlarını idarəetmə sistemi, sensorlar (su axını sensoru, rütubət sensoru, temperatur-nəmlik sensoru), real vaxt monitorinqi, esp32 / raspberry pi, su itkisi, avtomatik idarəetmə sistemi, ekoloji davamlılıq, mobil bildiriş sistemi, enerji və resurs səmərəliliyi.

Zitieren

APA

Abbasof, V. A. V., & Hüseyn, A. H. A. (2026). SU SIZMALARINI AŞKARLAMAQ VƏ QARŞISINI ALMAQ ÜÇÜN IOT VƏ SÜNİ İNTELLEKT ƏSASLI AĞILLI SİSTEM. ETM Equipment Technologies Materials, 157. https://doi.org/10.36962/etm36052026-18

Vancouver

Abbasof VAV, Hüseyn AHA. SU SIZMALARINI AŞKARLAMAQ VƏ QARŞISINI ALMAQ ÜÇÜN IOT VƏ SÜNİ İNTELLEKT ƏSASLI AĞILLI SİSTEM. ETM Equipment Technologies Materials. 2026:157. doi:10.36962/etm36052026-18

BibTeX
@article{Abbasof2026,
  author = {Abbasof, Vaqif Abbasof Vaqif and Hüseyn, Aqil Hüseyn Aqil},
  title = {SU SIZMALARINI AŞKARLAMAQ VƏ QARŞISINI ALMAQ ÜÇÜN IOT VƏ SÜNİ İNTELLEKT ƏSASLI AĞILLI SİSTEM},
  journal = {ETM Equipment Technologies Materials},
  year = {2026},
  pages = {157},
  doi = {10.36962/etm36052026-18}
}
Kostenlos starten →