PARTLAYICI MADDƏLƏRIN AŞKARLANMASI ÜÇÜN İON MOBİLLİK SPEKTROMETRİYASINA ƏSASLANAN QURĞUNUN İŞLƏNMƏSI VƏ TƏDQİQİ
ETM Equipment Technologies Materials · 20.05.2026 · 134
DOI: 10.36962/etm36052026-15 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift ETM Equipment Technologies Materials, online erschienen am 20.05.2026. Verfasst von Səidə Əhmədova Səidə Əhmədova.
Abstract (Originalsprache)
Məqalədə partlayıcı maddələrin iz səviyyəsində operativ şəkildə müəyyən edilməsi məqsədilə ion mobillik spektrometriyasına əsaslanan qurğuların iş prinsipləri sistemli şəkildə araşdırılmış, onların texniki göstəriciləri, üstünlükləri və məhdudiyyətləri təhlil edilmişdir. Bununla yanaşı, müxtəlif istismar mühitlərində bu tip sistemlərin tətbiq effektivliyi müqayisəli şəkildə qiymətləndirilmiş və təhlükəsizlik baxımından optimal seçim meyarları nəzərdən keçirilmişdir. Tədqiqat çərçivəsində aşkarlama sistemlərinin əsas funksional elementi olan ion mobillik spektrometrinin quruluşu və işləmə xüsusiyyətləri də müqayisəli analiz olunmuşdur. Aparılan təhlillər nəticəsində ionlaşma mənbəyi, drift borusu və detektor blokunun konstruktiv xüsusiyyətləri, tətbiq imkanları və texniki üstünlükləri müəyyən edilmişdir. Belə ki, ionlaşma mənbəyi qaz fazasında olan molekulların ionlaşdırılmasını təmin edərək sistemin həssaslığının formalaşmasında əsas rol oynayır. Drift borusu elektrik sahəsinin təsiri altında ionların hərəkətini təşkil edərək onların ayrılmasını və identifikasiyasını mümkün edir. Detektor bloku isə formalaşan ion siqnallarını qeydə alaraq maddələrin sürətli və etibarlı aşkarlanmasını təmin edir. Eksperimental tədqiqatlar zamanı TATP, nitroqliserin və etilen qlikol dinitrat kimi müxtəlif partlayıcı maddələr üzrə əldə edilən nəticələr göstərmişdir ki, bu yanaşma yüksək selektivlik və dəqiqliklə xarakterizə olunur. Bununla yanaşı, bəzi interferent qazların mövcudluğu və xarici mühit amilləri ölçmə nəticələrinə müəyyən təsir göstərə bilər. Ümumilikdə isə ion mobillik spektrometriyasına əsaslanan sistemlər real vaxt rejimində operativ və etibarlı aşkarlama imkanları təqdim edərək aviasiya təhlükəsizliyi və sənaye monitorinqi sahələrində geniş tətbiq potensialına malikdir. Açar sözlər: ion mobillik spektrometriyası, partlayıcı maddələrin iz səviyyəsində aşkarlanması, deteksiya sistemləri, IMS texnologiyası, ionlaşma prosesi, drift borusu, detektor modulu, təhlükəsizlik texnologiyaları, operativ monitorinq, yüksək selektivlik.
Zitieren
APA
Əhmədova, S. Ə. S. (2026). PARTLAYICI MADDƏLƏRIN AŞKARLANMASI ÜÇÜN İON MOBİLLİK SPEKTROMETRİYASINA ƏSASLANAN QURĞUNUN İŞLƏNMƏSI VƏ TƏDQİQİ. ETM Equipment Technologies Materials, 134. https://doi.org/10.36962/etm36052026-15
Vancouver
Əhmədova SƏS. PARTLAYICI MADDƏLƏRIN AŞKARLANMASI ÜÇÜN İON MOBİLLİK SPEKTROMETRİYASINA ƏSASLANAN QURĞUNUN İŞLƏNMƏSI VƏ TƏDQİQİ. ETM Equipment Technologies Materials. 2026:134. doi:10.36962/etm36052026-15
BibTeX
@article{hmdova2026,
author = {Əhmədova, Səidə Əhmədova Səidə},
title = {PARTLAYICI MADDƏLƏRIN AŞKARLANMASI ÜÇÜN İON MOBİLLİK SPEKTROMETRİYASINA ƏSASLANAN QURĞUNUN İŞLƏNMƏSI VƏ TƏDQİQİ},
journal = {ETM Equipment Technologies Materials},
year = {2026},
pages = {134},
doi = {10.36962/etm36052026-15}
}
EUVIMED