NAXÇIVAN ÇÖKƏKLİYİNİN ARPAÇAY VADİSİNİN FOSFORİT TƏZAHÜRLƏRİNİN LİTOLOJİ ƏMƏLƏGƏLMƏ VƏ YATIM ŞƏRAİTLƏRİNƏ DAİR
ETM Equipment Technologies Materials · 20.05.2026 · 127
DOI: 10.36962/etm36052026-14 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift ETM Equipment Technologies Materials, online erschienen am 20.05.2026. Verfasst von İbrahim Məmmədov İbrahim Məmmədov und 1 weiteren Autor:innen.
Abstract (Originalsprache)
Bu tədqiqat işində Naxçıvan Muxtar Respublikasının Arpaçay vadisində yerləşən fosforit təzahürlərinin geoloji xüsusiyyətləri, litologiyası, yatım şəraiti və genezisi araşdırılmışdır. Fosforitlər fosfat mineralları ilə zəngin çökmə süxurlar olub əsasən dəniz mənşəli mühitlərdə formalaşır və xalq təsərrüfatının müxtəlif sahələrində qiymətli xammal kimi istifadə olunur. Bura kənd təsərrüfatı, hərbi sənaye kompleksi, kimya sənayesi və digər sahələr aiddir. Arpaçay vadisi Kiçik Qafqazın geoloji qurşağının tərkib hissəsi olmaqla mürəkkəb tektonik quruluşa və qədim yaşlı çökmə süxurlara malikdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, bu ərazidə fosforitlər əsasən karbonat və gil tərkibli süxurların daxilində nodulyar və konkresion quruluşlarda yayılmışdır. Fosforitlərin mineral tərkibində əsasən apatit qrupu mineralları, xüsusilə frankolit üstünlük təşkil edir. Stratiqrafik və litoloji xüsusiyyətlərin təhlili göstərir ki, fosforit təzahürləri qədim dəniz hövzələrində baş verən biogen və geokimyəvi proseslərin nəticəsində formalaşmışdır. Fosforun çöküntülərdə toplanması yüksək bioloji məhsuldarlıq, qida maddələrinin bolluğu və müxtəlif geoloji proseslərlə əlaqələndirilir. Aparılan tədqiqat Arpaçay vadisindəki fosforit təzahürlərinin regionun geoloji inkişaf tarixinin və mineral resurs potensialının öyrənilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu göstərir. Açar sözlər: Arpaçay vadisi, fosforit təzahürləri, fosforun yayılması, dolomitlər, fosforit yataqları, gübrə istehsalı ,konkresiya, apatit.
Zitieren
APA
Məmmədov, İ. M. İ., & Ziyadov, Q. Z. Q. (2026). NAXÇIVAN ÇÖKƏKLİYİNİN ARPAÇAY VADİSİNİN FOSFORİT TƏZAHÜRLƏRİNİN LİTOLOJİ ƏMƏLƏGƏLMƏ VƏ YATIM ŞƏRAİTLƏRİNƏ DAİR. ETM Equipment Technologies Materials, 127. https://doi.org/10.36962/etm36052026-14
Vancouver
Məmmədov İMİ, Ziyadov QZQ. NAXÇIVAN ÇÖKƏKLİYİNİN ARPAÇAY VADİSİNİN FOSFORİT TƏZAHÜRLƏRİNİN LİTOLOJİ ƏMƏLƏGƏLMƏ VƏ YATIM ŞƏRAİTLƏRİNƏ DAİR. ETM Equipment Technologies Materials. 2026:127. doi:10.36962/etm36052026-14
BibTeX
@article{Mmmdov2026,
author = {Məmmədov, İbrahim Məmmədov İbrahim and Ziyadov, Qədir Ziyadov Qədir},
title = {NAXÇIVAN ÇÖKƏKLİYİNİN ARPAÇAY VADİSİNİN FOSFORİT TƏZAHÜRLƏRİNİN LİTOLOJİ ƏMƏLƏGƏLMƏ VƏ YATIM ŞƏRAİTLƏRİNƏ DAİR},
journal = {ETM Equipment Technologies Materials},
year = {2026},
pages = {127},
doi = {10.36962/etm36052026-14}
}
EUVIMED