QAZLARIN QƏRARLAŞMIŞ HƏRƏKƏTİ
ETM Equipment Technologies Materials · 19.03.2026 · 143
DOI: 10.36962/etm34032026-19 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift ETM Equipment Technologies Materials, online erschienen am 19.03.2026. Verfasst von Mirzə Dadaş-zadə Mirzə Dadaş-zadə und 1 weiteren Autor:innen.
Abstract (Originalsprache)
Bu məqalə neft və qaz quyularının istismarı zamanı qaz axınının mühüm rejimlərindən biri olan qərarlaşmış (stasionar) hərəkətə həsr olunmuşdur. Qazların lay daxilində, quyu lüləsində və boru sistemlərində hərəkəti zamanı axının xarakteri təzyiq, temperatur, sıxlıq dəyişməsi və hidravlik müqavimət kimi amillərlə sıx bağlıdır. Qərarlaşmış hərəkət rejimində bu parametrlərin zaman üzrə dəyişməz qalması mühəndis hesablamalarının sadələşdirilməsinə və istismar proseslərinin daha dəqiq qiymətləndirilməsinə imkan verir. Məqalədə qazların qərarlaşmış hərəkətinin fiziki mahiyyəti izah edilmiş, bu rejim üçün qəbul edilən əsas fərziyyələr sistemləşdirilmişdir. İzotermik axın şəraitində qaz axınının riyazi modeli təqdim olunmuş, təzyiq itkisini xarakterizə edən əsas tənliklər və onların praktiki tətbiqi izah edilmişdir. Eyni zamanda qazların qərarlaşmış axınının quyu məhsuldarlığının hesablanması, quyu lüləsində təzyiq paylanmasının təyini və optimal istismar rejiminin seçilməsində rolu göstərilmişdir. Aparılan nəzəri təhlillər göstərir ki, qərarlaşmış qaz axını modelləri real istismar şəraitini tam əhatə etməsə də, neft və qaz quyularının layihələndirilməsi və istismarı zamanı mühəndis praktikası üçün etibarlı və geniş tətbiq olunan alət hesab olunur. Məqalənin nəticələri neft-qaz quyularının istismarı ixtisası üzrə aparılan elmi-tədqiqat işlərində və tədris prosesində istifadə oluna bilər. Açar sözlər: qaz axını, qərarlaşmış hərəkət, neft-qaz quyuları, təzyiq itkisi, stasionar rejim.
Zitieren
APA
Dadaş-zadə, M. D. M., & Abdurəhmanlı, A. A. A. (2026). QAZLARIN QƏRARLAŞMIŞ HƏRƏKƏTİ. ETM Equipment Technologies Materials, 143. https://doi.org/10.36962/etm34032026-19
Vancouver
Dadaş-zadə MDM, Abdurəhmanlı AAA. QAZLARIN QƏRARLAŞMIŞ HƏRƏKƏTİ. ETM Equipment Technologies Materials. 2026:143. doi:10.36962/etm34032026-19
BibTeX
@article{Dadazad2026,
author = {Dadaş-zadə, Mirzə Dadaş-zadə Mirzə and Abdurəhmanlı, Ayxan Abdurəhmanlı Ayxan},
title = {QAZLARIN QƏRARLAŞMIŞ HƏRƏKƏTİ},
journal = {ETM Equipment Technologies Materials},
year = {2026},
pages = {143},
doi = {10.36962/etm34032026-19}
}
EUVIMED