EUVIMEDEUVIMED entdecken
Crossref

BEYNƏLXALQ İQTİSADİ HÜQUQDA DAVAMLI İNKİŞAF KONSEPSİYASI

Əli İsmayılov

SCIENTIFIC RESEARCH · 30.05.2023 · 3 (5) · 12-14

DOI: 10.36719/2789-6919/21/12-14 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift SCIENTIFIC RESEARCH, online erschienen am 30.05.2023. Verfasst von Əli İsmayılov.

AbstractBibliografische AngabenZitierenVerwandte Studien

Abstract (Originalsprache)

Son onilliklərdə davamlı inkişaf beynəlxalq hüququn prinsipi kimi nəzərəçarpacaq dərəcədə sürətlə inkişaf etmişdir. Bu, iqtisadi, ekoloji, sosial və idarəetmə ölçülərinə malik inteqrasiya olunmuş bir anlayışdır. Davamlı inkişaf indiyə qədər beynəlxalq hüququn müxtəlif mənbələrində, xüsusilə müqavilə hüququ və yumşaq hüquq sənədlərində və beynəlxalq ətraf mühit hüququndan və insan hüquqlarından beynəlxalq iqtisadi hüquq və investisiya hüququna qədər geniş şəkildə möhkəmlənmişdir. Ümumiyyətlə isə, iqtisadi müqavilələr və ikitərəfli investisiya müqavilələri getdikcə daha çox davamlı inkişafı özündə cəmləşdirir. Bu, həm də ekoloji, sosial və idarəetmə amillərini, habelə investisiya strategiyasında ictimai dəyərləri nəzərə alan biznesin aparılması və aktivlərin idarə edilməsinə yanaşma olan məsuliyyətli investisiya konsepsiyasını doğurdu. BMT-nin Biznes və İnsan Hüquqlarının Ümumi Prinsipləri (Ruqgi Prinsipləri) və 2030-cu ilədək Dünya İnkişaf Gündəliyinin Davamlı İnkişaf Məqsədləri məsuliyyətli investisiya prinsiplərinin təkamülü ilə sıx bağlıdır. Aydındır ki, onların həyata keçirilməsində bir çox maneələr mövcuddur. Bunlara icra mexanizmlərinin olmaması, mübahisəli investisiya təcrübələri və davamlı olmayan istehsal və istehlakın geniş yayılmış nümunələri daxildir.

Zitieren

APA

İsmayılov, Ə. (2023). BEYNƏLXALQ İQTİSADİ HÜQUQDA DAVAMLI İNKİŞAF KONSEPSİYASI. SCIENTIFIC RESEARCH, 3(5), 12-14. https://doi.org/10.36719/2789-6919/21/12-14

Vancouver

İsmayılov Ə. BEYNƏLXALQ İQTİSADİ HÜQUQDA DAVAMLI İNKİŞAF KONSEPSİYASI. SCIENTIFIC RESEARCH. 2023;3(5):12-14. doi:10.36719/2789-6919/21/12-14

BibTeX
@article{smaylov2023,
  author = {İsmayılov, Əli},
  title = {BEYNƏLXALQ İQTİSADİ HÜQUQDA DAVAMLI İNKİŞAF KONSEPSİYASI},
  journal = {SCIENTIFIC RESEARCH},
  year = {2023},
  volume = {3},
  number = {5},
  pages = {12--14},
  doi = {10.36719/2789-6919/21/12-14}
}
Kostenlos starten →