Mövlud Süleymanlının “Armud Ağacının Nağılı” və Elçinin “Talvar” Hekayələrində Dialektik Vəhdət və Harmoniya
AKRA Kültür Sanat ve Edebiyat Dergisi · 2023
DOI: 10.31126/akrajournal.1070621 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift AKRA Kültür Sanat ve Edebiyat Dergisi, 2023. Verfasst von Elmira BABAYEVA. Die Arbeit nennt 7 Literaturangaben. Gefördert von: Azerbaycan Milli İlimler Akademisi Nizami Gencevi onuruna Edebiyat Enstitüsü.
Abstract (Originalsprache)
Məqalədə Azərbaycan ədəbiyyatının 60- 70- ci illər nəslinə mənsub olan Mövlud Süleymanlının “Armud ağacı” və Elçinin “Talvar” hekayəsi müqayisəli şəkildə təhlilə cəlb olunur. Onların zəngin və çoxçalarlı yaradıcılığı fonunda dövrün real mənzərələri canlandırılır. Azərbaycan xalqının üzləşdiyi problemlər, insan xarakterinin açılmamış səhifələri ən incə məqamlarına qədər sərgilənir, təbiətlə cəmiyyətin harmoniyası məsələləri ön plana çəkilir. Hər iki hekayədə milli koloriti saxlayan və tarixi adət- ənənəni yaşadan, köhnə nəslin nümayən-dələri ilə yeni cəmiyyətin təmsilçiləri olan elmli, savadlı ziyalıların fikir və düşüncələrindəki ziddiyyətli məqamlar qarşılaşdırılır, yeniliklə köhnəliyin toqquşması prosesində yenilik köh-nəlik üzərində qələbə çalır. “Yeni nəsrin” və “yeni nəslin” nümayəndələri olan hər iki yazıçının yaradıcılığını birləş-dirən məqamlar, ideya və məzmun oxşarlıqları paralellər, müqayisələr əsasında təhlilə cəlb edilir. Mövlud Süleymanlı və Elçinin ədəbiyyatımızda milli kimlik anlamının yaradıcılarına çevrilərək həm də azad, müstəqil və demokratik bir dövlətin yazıçıları kimi yeni cəmiyyət uğrunda mübarizələri geniş şəkildə əksini tapır. Bütün bunlar bir daha göstərir ki, insanlar mental dəyərləri qoruyaraq yeni nəslə ötürməklə yanaşı, elmi- texniki tərəqqi ilə də hesablaşmalı olurlar. Çünki daima inkişaf edən cəmiyyətin tərəqqi və dəyişmələrlə müşayiət olunması fəlsəfi bir proses olduğundan onun yeniləşməsi insanların şüurunda, təfəkküründə və idrakında öz inikasını tapır. Bu təbii qanunauyğunluq həm Mövlud Süleymanlının “Armud ağacının nağılı”, həm də Elçinin “Talvar” hekayəsinin qanına-canına hopmuş, hər iki nəsr nümunəsini Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərləri, xalqımızın həyat və məişətini, zəngin kolo-ritini, etnoqrafiyasını bütünlüklə özündə əks etdirən monumental əsərlər zirvəsinə yüksəlt-mişdir.
Förderung
- Azerbaycan Milli İlimler Akademisi Nizami Gencevi onuruna Edebiyat Enstitüsü
Zitieren
APA
BABAYEVA, E. (2023). Mövlud Süleymanlının “Armud Ağacının Nağılı” və Elçinin “Talvar” Hekayələrində Dialektik Vəhdət və Harmoniya. AKRA Kültür Sanat ve Edebiyat Dergisi. https://doi.org/10.31126/akrajournal.1070621
Vancouver
BABAYEVA E. Mövlud Süleymanlının “Armud Ağacının Nağılı” və Elçinin “Talvar” Hekayələrində Dialektik Vəhdət və Harmoniya. AKRA Kültür Sanat ve Edebiyat Dergisi. 2023. doi:10.31126/akrajournal.1070621
BibTeX
@article{BABAYEVA2023,
author = {BABAYEVA, Elmira},
title = {Mövlud Süleymanlının “Armud Ağacının Nağılı” və Elçinin “Talvar” Hekayələrində Dialektik Vəhdət və Harmoniya},
journal = {AKRA Kültür Sanat ve Edebiyat Dergisi},
year = {2023},
doi = {10.31126/akrajournal.1070621}
}
EUVIMED