TALIŞ FLORASINDA YAYILAN ARMUD (PYRUS L.) CİNSİNİN BƏZİ NÖVLƏRİNİN ÇOXALDILMASI VƏ CÜCƏRTİLƏRİNİN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ
Azerbaijan Journal of Botany · 30.10.2026
DOI: 10.30546/ajb.2024.2.041 ↗Kurz gefasst
Fachartikel in der Zeitschrift Azerbaijan Journal of Botany, online erschienen am 30.10.2026. Verfasst von C.N. Nəcəfova.
Abstract (Originalsprache)
GİRİŞ Hal-hazırda qlobal iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsirinin öyrənilməsi, ətraf mühitin optimallaşdırılması, yerli yabanı bitki növlərinin səmərəli istifadə olunması və muhafizəsi strategiyasının işlənib hazırlanması məsələlərinin həlli mühüm əhəmiyyət kəsb edir [The Red Book of the Republic of Azerbaijan, 2023].Tədqiq olunan Lerik zonasının fiziki-cografi şəraiti bitki növlərinin formalaşmasına və yayılmasına təsiri böyükdür.Lerik rayonunun bitki örtüyü Hirkan tipli meşələrə aid olub, kollu-seyrək dağ meşələrdən ibarətdir.Lerik zonasının iqlimi mülayim istidir.Rayonunun ərazisi Talış silsilə dağlarını əhatə etməklə, cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdən Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəd olmaqla, İran İslam Respublikası ilə Talış dağ silsilələri, şimaldan Peştəsər və Bürəvər dağ silsilələri ilə əhatə olunmuşdur.Ədəbiyyat mənbələrinə görə Talış regionunun bitki örtüyü üçüncü dövrdə yaranmış, son buzlaşmaya məruz qaldığına görə flora tərkibi üçüncu dövr reliktləri və endem bitkilərlə zəngindir [Mammadov et al., 2016].Tədqiq olunan ərazidə növlərin bioekoloji, botaniki-coğrafi xüsusiyyətləri, ekoloji amillərə davamlılığı, təbii arealda və introduksiya şəraitində böyümə və inkişaf xüsusiyyətlərinin öyrənilməsi nəzəri və praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir.Bu nöqteyi nəzərdən, Lerik florasında yayılmış armud növlərinin Abşeron şəraitində introduksiyası, biomorfoloji quruluşunun analizi, boy və inkişaf xüsusiyyətlərinin öyrənilməsi tədqiqatın məqsədi olmuşdur.
Zitieren
APA
Nəcəfova, C. (2026). TALIŞ FLORASINDA YAYILAN ARMUD (PYRUS L.) CİNSİNİN BƏZİ NÖVLƏRİNİN ÇOXALDILMASI VƏ CÜCƏRTİLƏRİNİN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ. Azerbaijan Journal of Botany. https://doi.org/10.30546/ajb.2024.2.041
Vancouver
Nəcəfova C. TALIŞ FLORASINDA YAYILAN ARMUD (PYRUS L.) CİNSİNİN BƏZİ NÖVLƏRİNİN ÇOXALDILMASI VƏ CÜCƏRTİLƏRİNİN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ. Azerbaijan Journal of Botany. 2026. doi:10.30546/ajb.2024.2.041
BibTeX
@article{Ncfova2026,
author = {Nəcəfova, C.N.},
title = {TALIŞ FLORASINDA YAYILAN ARMUD (PYRUS L.) CİNSİNİN BƏZİ NÖVLƏRİNİN ÇOXALDILMASI VƏ CÜCƏRTİLƏRİNİN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ},
journal = {Azerbaijan Journal of Botany},
year = {2026},
doi = {10.30546/ajb.2024.2.041}
}
EUVIMED