EUVIMEDEUVIMED entdecken
Crossref

Dini inanclarvəpsixi sağlamlıq: psixologiya elminin prizmasından baxış

Din Araşdırmaları Jurnalı · 2026

DOI: 10.30546/3006-2772.2002.1001 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift Din Araşdırmaları Jurnalı, 2026.

AbstractBibliografische AngabenZitierenVerwandte Studien

Abstract (Originalsprache)

Məqalədə dini inancın psixoloji aspektləri müasir elmi metodlar və nəzəri modellər çərçivəsində sistemli şəkildə təhlil olunur. Din şəxsin fərdi daxili resurslarının səfərbər edilməsində, mənəvi gücünün artırıl­masında və sosial qeyri-sabitlik şəraitində insan zehninin sağlamlığının qorunmasında mühüm rol oynayır. Araşdırmada dinin bu istiqamətdə rolu geniş müzakirə edilir, həmçinin inancların idraki, emosional və davranış komponentləri klassik, humanist və koqnitiv psixologiyanın nəzəri yanaşmaları əsasında izah olunur. Bu kontekstdə daxili və xarici motivasiya modellərinə əsaslanaraq, dini inancların psixoloji rifaha təsi­rinin müsbət, eləcə də riskli tərəfləri müəyyənləşdirilir. Müasir empirik araşdırmalar göstərir ki, dini ayinlər yalnız fərdi rifahı deyil, həm də kollektiv kimliyi, sosial inteqrasiyanı və emosional sabitliyi gücləndirir. Pozitiv psixologiya nümayəndələrinin nəticələrinə görə, dindar şəxslər digərlərinə nisbətən həyatlarından çox məmnun olur, emosiyalarını daha effektiv tənzimləyirlər. Humanist psixologiya dini inancı insanın özünüdərketmə və həyatın mənasını anlamaq ehtiyacının ifadəsi kimi qəbul edir, ekzistensial yanaşmalar isə onu böhran vəziyyətlərində psixoloji dayaq kimi şərh edir. Bu baxımdan, dini inancın fərdi sabitliyi qorumaq, sosial münasibətləri möhkəmləndirmək funksiyası önə çıxır. Bununla belə, sərt və qorxuya əsaslanan dini inancların neqativ şərhi şəxsi gərginlik, obsessiv düşüncə, günahkarlıq hissi və hətta psixotik əlamətlərlə nəticələnə bilər. Bu səbəbdən, dini inanc qoruyucu psixoloji resurs, həmçinin potensial risk faktoru kimi dəyərləndirilir. Məqalədə dini inancların neyrobioloji mexanizmlərlə bağlılığı, psi­xo­loji yardımda spiritual terapiyanın tətbiqi, sosial dəstəyin və mədə­niyyətlərarası fərqlərin rolu müqayisəli şəkildə təqdim olunur. Əlavə olaraq, araşdırmada psixoterapiya praktikasında dini inancların nəzərə alınmasının fərdi müdaxilələrin effektivliyini artırdığı və şəxsiyyətin inkişafına müsbət təsir göstərdiyi vurğulanır. Nəticə etiba­rilə bildirilir ki, dini inancın psixoloji sabitliklə risklər arasındakı tarazlı­ğının düzgün anlaşılması müasir psixologiya və psixoterapiya üçün fundamental əhəmiyyət kəsb edir.

Zitieren

APA

(2026). Dini inanclarvəpsixi sağlamlıq: psixologiya elminin prizmasından baxış. Din Araşdırmaları Jurnalı. https://doi.org/10.30546/3006-2772.2002.1001

Vancouver

Dini inanclarvəpsixi sağlamlıq: psixologiya elminin prizmasından baxış. Din Araşdırmaları Jurnalı. 2026. doi:10.30546/3006-2772.2002.1001

BibTeX
@article{euvimed2026,
  title = {Dini inanclarvəpsixi sağlamlıq: psixologiya elminin prizmasından baxış},
  journal = {Din Araşdırmaları Jurnalı},
  year = {2026},
  doi = {10.30546/3006-2772.2002.1001}
}
Kostenlos starten →